فارسي|Español|English|العربية
Saytın Xiritəsi|əlaqə|Xəbərlər|Haqqımızda
 
 
Login
kullanıcı adı :   
Şifre :   
 
Captcha:
[Üyelik]
Newsletter Membership
isim :   
elektronik posta :   
AZƏRBAYCAN DİLİNİN LÜĞƏT TƏRKİBİNİNZƏNGİNLƏŞMƏSİNDƏ TƏRCÜMƏNİN ROLU

 kaynak :

 yazar :     elektronik posta :

 Yazım tarihi : 12/23/2011  

 Azərbaycan ədəbi dilinin lüğət tərkibinin inkişafında ictimai-siyasi hadisələrin təsiri böyükdür. Belə ki, cəmiyyətin iqtisadi, siyasi, ictimai-mədəni həyatındakı inkişafla əlaqədar olaraq dilin leksik-terminoloji potensialının zənginləşməsinə real zəmin yaranır. Dilin yeni sözlərlə zənginləşməsi və mövcud mənalarının dəyişilməsi ictimai həyatda və ictimai fikirdə yaranan yeni inkişafla əlaqədardır. Yəni dilin lüğət tərkibi tələbatla bağlı müxtəlif dəyişikliklərə məruz qalır. Odur ki, ədəbi dilin lüğət tərkibinin tərcümə hesabına zənginləşməsi milli dil əlaqələri  zəminində mühüm istiqamətlərdən biri hesab olunur. Zənginləşmə elə bir prosesdir ki, burada lüğət tərkibinin diaxron mənzərəsi açılır, tarixi-mədəni inkişafın dildə faktlaşma üsulları meydana çıxır. Ona görə də dilin lüğət tərkibinin zənginləşməsində əsas mənbə dilin daxili imkanlarıdır. K.M.Musayev yazır: «Türk dillərinin leksik tərkibinin zənginləşməsi məsələləri haqqında nəzəri tədqiqatlar lazımdır. Məlumdur ki, türk dilləri leksikasının zənginləşməsi həm daxili imkanlardan, materiallardan, vasitələrdən və yollardan istifadə yolu ilə sözdüzəltmə hesabına, həm də dünyanın başqa dillərindən sözalma hesabına olur. Sözdüzəltmə və onun müxtəlif yollarının (sintetik, analitik, fonetik, leksik) mahiyyətini aydınlaşdırma və alınmalara nəzəri və praktiki qiymət – onları daha da dərindən öyrənmək üçün geniş imkanlar açır»[1].

 

       Dilin lüğət tərkibinin zənginləşməsinin əsasında dildə olan sözlərin semantik mənasının genişlənməsi, söz yaradıcılığı üsulları, başqa dillərdən tərcümə prosesi (kalkaetmə) və alınmalar  durur. Ümumiyyətlə, söz yaradıcılığında əsas yeri leksik-semantik və qrammatik üsullar, həmçinin başqa dillərdən kalkalar tutur. Kalka üsulu ilə söz yaradıcılığı müasir Azərbaycan dilinin leksik-qrammatik sisteminin inkişafının əsas yollarından biri olaraq leksika və söz yaradıcılığını, semantika və tərcüməşünaslıq məsələlərini özündə əks etdirir. Tərcümə dilin lüğət tərkibinin  leksik-semantik potensialını zənginləşdirən mühüm mənbələrdən biridir. Tərcümə dilində işlədilən bir çox leksik vahidlər  lüğət tərkibinin bir elementi olsa da, çox zaman ümumişlək səciyyə daşımır, müəyyən sahələrdə, bu və ya digər situativ şəraitdə işlədilir. Xüsusilə, müasir dövrdə ingilis və rus dilindəki elmi-kütləvi ədəbiyyatın təsiri altında müxtəlif materialların Azərbaycan dilinə tərcüməsi ilə əlaqədar dilimizə bir çox söz və terminlər keçmiş və bunların quruluşu kimi formalaşan yeni söz və ifadələr yaranmağa başlamışdı: Belə ki, ictimai-iqtisadi, siyasi inkişaf dilin söz yaradıcılığı sistemində də özünü göstərir, dildə kalkalar kimi yeni növlü leksik-qrammatik vahidlərin yaranmasına səbəb olur. Buna görə də elmi-texniki tərəqqi ilə bağlı olan anlayışları ifadə etmək üçün yeni məzmun Azərbaycan dilinin özündə mövcud olan modellərlə verilir.

 

       Tərcümə prosesində yeni anlayış ifadə edən söz və ifadələr müqabilində ikinci dildə semantik motivasiya mövcud olduğu halda bunlar kalka edilir. Deməli, yeni anlayış  və mənanın başqa dildə ifadəsi üçün onun özünün daxili struktur modelləri müəyyən edilmiş olur. Hazırda Azərbaycan dilinə ingilis və rus dilindən elmi-texniki, ictimai, siyasi mətnlərin tərcüməsi ilə bağlı leksik vahidlər daxil olur və onlar aid olduğu sahələrdə işlənir. Bu zaman əmələ gələn vahidlərin hər biri dilin öz daxili materialı əsasında yarandığına görə dilin daxili inkişaf qanunları həlledici rol oynayır. Tərcümə prosesində  leksik vahidlərin yaradılmasında ən geniş istifadə edilən üsullardan biri də kalka yoludur. Bu üsulun mahiyyəti haqqında dilçilik ədəbiyyatında müxtəlif fikirlər mövcuddur: «…Kalka sözün hissələr üzrə tərcümə edilib, sonra həmin hissələrin mexaniki surətdə birləşdirilməsidir»[2].

 

       Bu yolla yeni termin yaradılarkən tərcümə olunan bu və ya digər söz, termin həmin dilə (tərcümə edilən dildə) eyni mənanı verən sözlərlə, sözdüzəldici şəkilçilərlə ifadə olunmalıdır. Buna görə də tərcümə olunan terminin, termin-söz birləşmələrinin tam qarşılığı göstərilməlidir. Əks halda onu kalka adlandırmaq olmaz. Təbiidir ki, hərfi tərcümə (kalka üsulu bəzən hərfi tərcümə də adlandırılır) prosesində qarşılıqlı təsirdə olan dillərin quruluşunun yaxınlıq dərəcəsi, dilin lüğət tərkibinin, kalka edilən dildəki söz yaradıcılığı yollarının inkişaf dərəcəsi, kalkaetmənin baş verdiyi tarixi şərait və s. amillər mühüm rol oynayır.

 

Demək, yeni yaranan hər bir kalka əlaqədar olduğu dilin uyğun sözləri ilə müqayisədə öz funksiyasını düzgün yerinə yetirməli və dildə işləklik qazanmalıdır. Buna görə də tərcümə dəqiq olmalı, nəzərdə tutulan anlayışın əsas mahiyyətini ifadə etməlidir. Məsələn, «qruzopodğemnik» sözünün «yükqaldıran» kalkasındakı birinci komponent «qruz-yük» sözləri ikinci komponent «qaldıran» qarşılığına qismən uyğun gələrək yeni anlayış bildirmişdir. Eləcə də, zakonomernıy-qanunauyğun, «zemlemer-yerölçən»; nadstroyka-üstqurum; vodooçistitelğ-sutəmizləyən və s. terminlər dilin daxili imkanları  əsasında, yəni dilin sözyaradıcı və sözdüzəldici  qanunları əsasında yaranmışdır. Göründüyü kimi bu prosesdə dilin daxili materialı həlledici rol oynayır, sözlər dilin daxili  imkanları əsasında yaranır və başqa dilə məxsus sözlərin quruluşu kimi formalaşması nəticəsində yeni söz və yeni söz modeli yaranır. Lakin dilçilikdə mübahisəli məsələlərdən biri də kalka yolu ilə yaranan  termin s