فارسي|Español|English|العربية
Saytın Xiritəsi|əlaqə|Xəbərlər|Haqqımızda
 
 
Login
kullanıcı adı :   
Şifre :   
 
Captcha:
[Üyelik]
Newsletter Membership
isim :   
elektronik posta :   
TÜRK DİLİ» TERMİNİNDƏN «AZƏRBAYCAN DİLİ»
«TÜRK DİLİ» TERMİNİNDƏN «AZƏRBAYCAN DİLİ»

 kaynak :

 yazar : ROZA EYVAZOVA    elektronik posta :

 Yazım tarihi : 11/29/2011  

Nəhcül-bəlağə Budaq budaqovun baxişinda


Mənim daxili inamıma görə islam dinini qəbul edən birinci (və ya ilk) mömin şəxs Həzrəti Məhəmməd (ə) olmuşdur. Allah-Taala Həzrəti Məhəmmədi (ə) sonuncu peyğəmbər elan etməklə, islam dininin yaranmasını da ona tapşırmışdır. İlahi Həzrəti Məhəmmədi (ə) islam dininin ilk müsəlmanı kimi qəbul etmişdir. İslam dinini qəbul edən və onu elan edən Həzrəti Məhəmməd (ə) ilk müsəlmandır. Əgər bu belə olmasaydı, ilahi islam dininin yaranmasını və onun dünyaya elan edilməsini müsəlman olmayan şəxsə tapşırmazdı.

Qurani-Kərim göydən nazil olmuş səma kitabıdır. Ancaq Həzrəti Əlinin (ə) «Nəhcül-bəlağə» kitabı Qurani-Kərimdən son-ra-yerdə işıq üzü görmüşdür. Odur ki, Həzrəti Əlinin (ə) müqəd-dəs kitabı islam dininin Qurani-Kəriminin təfsiri və islam şəriətinin geniş izahı sayəsində dünyaya gətirilmiş və bu kitab islam dininin yarandığı ilk illərdə onun dərindən dərk edilmə-sində və islam dininin təbliğində çox mühüm rol oynamışdır. Tam təbiidir ki, Həzrəti Məhəmməd (ə) demişdir ki, Mən elmin şəhəriyəm, Həzrəti Əli (ə) isə elmin darvazası. Bu, peyğəmbərlərimizin Həzrəti Əlinin (ə) elminə verilən çox sanballı və ən dəyərli qiymətdir.

Həzrəti Əlinin (ə) «Nəhcül-bəlağə» əsəri yenicə yaranmış islam dininin yoluna Qurani-Kərimdən sonra işıq saçmış və bu dinin daha dərindən dərk edilməsində və onun üfüqünün genişlənməsində çox ciddi və gərəkli yardımçı olmuşdur. Bu səbəbdən də Həzrəti Əlinin (ə) aydın dini mülahizələri, onun islama olan dərin rəğbəti, Həzrəti Məhəmmədə (ə) olan qəlb bağlılığı və ona olan sevgisi ona bütün varlığı ilə islama xidmət etmək inamını aşılamışdır.

Həzrəti Əlinin (ə) islam dini qarşısında olan bir neçə ciddi xidməti əvəzolunmazdır. Həzrəti Əli (ə) islam dininin ilkin illərdə qələbə çalmasında basılmaz bir cəsur pəhləvan, təcrübəli hərbi sərkərdə kimi özünü ən parlaq şəxs kimi göstərmiş və Allahın adı ilə savaşa girəndə ilahinin özü ona kömək etmişdir. Cəmi 24 yaşı olarkən, bəlkə də xüsusi hərbi hazırlığı olmayan Həzrəti Əli (ə) Ühüd və Xəndək savaşlarında ərəb dünyasında basılmaz kimi qələmə verilmiş iki nəhəng pəhləvanın, Həzrəti Əlinin (ə) özünün dediyi kimi, boyunlarının damarını qəhrəmanlıqla qırmışdır.

Dünyaya məlumdur ki, islam dini çox obyektiv şəkildə, həm də çox düşünülmüş tərzdə yaradılmışdır. Buna səbəb Həzrəti Məhəmmədin (ə) fitri isteadada malik olması, ərəb ölkərinin mühitlərini dərindən dərk etməsi və elm dünyasının ən əsas məxəzləri ilə tanış olması imkan yaratmışdır. Uşaqlıq illərində Məhəmməd peyğəmbərin (ə) Suriyaya, Yəmənə səyahət etməsi onun dünyanı dərk etməsinə kömək etmişdir. Odur ki, islam dini yaranana qədər onun bu səyahəti, universallığı onun möhtəşəm bir alim olmasının əsas səbəblərindən biridir.

İslam dininin özünəməxsus qanunauyğunluqları olmasından əlavə dünyəvi dinlərə – yəhudi və xristian dinlərinə də yaxınlığı vardır. İslam dünyasında İbrahim, Musa və İsa peyğəmbərlərin adları böyük məhəbətlə çəkilir və onlara da itaət edilir. İsa peyğəmbərin anası Həzrəti Məryəm də İslam dinində müqəddəs peyğəmbərlər sırasındadır. İslam dininin bu prinsipi indi xristian və ya yəhudi dinlərini qəbul etmişlərin ruhunu öz arxaları ilə aparır. Müqəddəslərə müqəddəs münasibət islam dininin aliliyini bir daha nümayiş etdirir. İncildə İsa peyğəmbərin anası Məryəm haqqında heç bir məlumat olmadığı halda, Qurani-Kərimdə Məryəm haqqında xüsusi surə vardır.

Həzrəti Əlinin (ə) özü sanki, ilahi tərəfindən səmadan göndərilmişdi ki, o, Həzrəti Məhəmməd (ə) peyğəmbərə arxa olsun, islam tarixində ilk dəfə olaraq Qurani-Kərimin təfsirini yazsın və islam dininin əxlaq normalarını işləyərək onun elmi müddəalarını yaratsın, islam dövlət qurucusunun müasir tələblərə cavab verən ilkin qanunlarını yazsın.

Həzrəti Əli (ə) müqəddəs əsərlərində insanın əxlaqi və həyat normalarını dərindən işləməklə islam dinini qəbul etmişlərə hərtərəfli və ideal elmi yol göstərmişdir. Onun əsərlərində əxlaq normalarından başqa dərin fəlsəfə, psixologiya, sosiolo-giya, öyüd-nəsihət, düzgünlük, zəngin əxlaq normaları, qabaqcadan xəbər vermə və elmin bir çox istiqamətləri cəmlənmişdir.

Həzrəti Əli (ə) islam dininin bərqərar tapdığı ilk illərdə islam dövlətinin quruluşunu və daxili strukturunu, onun ədalət normaları əsasında idarə edilməsi qanunlarını və bir çox dövlətçilik məsələlərini işləyib həyata keçirməyə başlamışdır.

Həzrəti Əli (ə) yazdıqlarını – dövlətçilik qanunlarının bir qismini öz hakimiyyəti dövründə həyata keçirmişdir. Həzrəti Əli (ə) öz dövründəki hərc-mərcliyə, həm qaranlıq, həm də cəhalət dünyasına işıq saçan dahi bir din xadimi və mütəfəkkir olmuşdur. Həzrəti Əli (ə) dühasının şüası artıq 17 əsrdir ki, islam dininin mənəvi dünyasını, Həzrəti Məhəmməd (ə) yolunu həm faktiki, həm də təcrübi baxımdan işıqlandırır.

Həzrəti Əli (ə) ulu peyğəmbərimiz Həzrəti Məhəmməddən (ə) sonrakı dövrün ilk şəhidlərindən biri olmuşdur. Həzrəti Əli (ə) öz ideyasının, öz inamının və islam dini qarşısında göstərdiyi xidmətlərin cəminin şəhidi olmuşdur. Həzrəti Əlinin (ə) şəhidliyi, ilk növbədə, uyuşmaq mərhələsində olan cavan islam dininə çox ciddi zərbə endirmişdir. Lakin islam dininə sadiq olan çox dəyanətli şəxslər bu dinin təbliğində, onun genişlənməsində də çox faydalı əmək sərf etmişlər. Onların bir çoxu öncədən billə-bilə öz həyatlarını islam dini yolunda qurban vermişlər.

Həzrəti Əli (ə) islam dininə olan əyilməz və möhtəşəm sədaqətli, islam dininə göstərilən ilk və həm də ən möh-təşəm şəxs kimi məlumdur. Dünyaya islam günəşi işıq saçanda onun qoynunda yeni bir parlaq ulduz – Həzrəti Əli (ə) ulduzu doğ-muşdur. Bu ulduz Həzrəti Məhəmmədin (ə) böyüdərək tərbiyə etdiyi, həyatda özünü tam doğrultmuş və islam dünyasının əbədi məhəbbətini qazanmış Həzrəti Əli əleyhissalamdır. Həzrəti Əli (ə) demək olar ki, islam dini ilə eyni vaxtda dünyaya gəlmiş və onun qüdrətli bir yetirməsi kimi onunla qoşa yaşayan və çoxşaxəli fəaliyyət göstərən ölməz bir imama çevrilmişdir.

Qurani-Kərimin iki müqəddəs qanunlarının birində Həzrəti Məhəmməd (ə), digərində isə Həzrəti Əli (ə) siması canlanmışdır.

Həzrəti Əli (ə) islam dininin keçmişi və gələcəkdə yaşayacağı əsrlərdə də dəyərli, eləcə də müqəddəs bir övladı olaraq qalacaqdır.

Həzrəti Əlini (ə) şifahi təbliğ etməkdən başqa onun əsərlərini savadlı oxucu ilə təkbətək buraxmaq da məsləhətdir. Belə olduqda Həzrəti Əli (ə) həyatın bütün döyüş mərhələ-lərində parlaq qələbə çaldığı kimi, onun əsərlərinin mütaliəsi də bu döyüş meydanında savadlı oxucu üzərində qələbə çalacağı yenilməz fakt olacaqdır.

İslam dininin ilk uyuşduğu illərdə, dinin bir çox məsə-lələrinin elmi izahı tam aydın olmadığı vaxtda Həzrəti Əliyə (ə) verilən suallar və ən əsası, onlara alınan təkmil cavablar tam aydın və qənaətedici olmuşdur. Həzrəti Əli (ə) islam dininin tükənməz ilahi çeşməsi, qırxgözlü bulağı olmuşdur.

Həzrəti Əlinin (ə) yazıları islamı qəbul edəcək şəxslər ara-sında islam dininə olan etibarı artırmış, dindarların dinə olan inamını möhkəmlətmiş və islam dininin şəriət qanunlarının əsasını qoymuşdur.

İslam dininin yaranmasının ilk illərində dinin dərk edil-məsində və dinin möhkəmlənməsində «Nəhcül-bəlağə»də olan yazılar inkaredilməz və müstəsna rol oynamışdır. Həzrəti Əli (ə) Quranın məzmununu tam mənimsəmiş, ona təfsir vermiş, bu müqəddəs kitabın dinsevərlər tərəfindən daha dərindən dərk edilməsinə və öyrənilməsinə köklü yardımçı olmuşdur. Həzrəti Əlinin (ə) bütün elmi və təşkilati, istedadlı yaradıcılığı islam dininin həm qəbul edilməsinə, həm də onun möhkəmlənməsinə xidmət etmişdir.

Məncə, islam dininin şəriət qanunlarının ilkin, həm də möhtəşəm özülünü Həzrəti Əlinin (ə) elmi yaradıcılığı təşkil edir.

Həzrəti Əli (ə) ən qızğın savaşlarda basılmaz pəhləvan olmaqla, islam bayrağını enməyə qoymamış və müəyyən döyüşlərdə özü də onun bayraqdarı olmuşdur. İslam dininin yayılmasında Həzrəti Əli (ə) öz dövründə yeganə yaradıcı təbliğatçı olmuşdur.

Xalq kütləsilə görüş zamanı ona, islam dininə aid verilən mürəkkəb suallar və o suallara alınan aydın cavab islam dininin köklərini qorumuşdur.

Həzrəti Əli (ə) yaradıcı yolla dövlətə xəlifəlik edən, ilk dəfə hüquqi əsaslarla islam dövlətçiliyinin qanunlarını yazan və onu həyata keçirməyə çalışanlardan birincisidir;

Həzrəti Əli (ə) islam dininin bütün qanunlarını obyektiv şəkildə dərk edən, onu dərindən elmi baxımdan təhlil edərək ələkdən keçirən və onun məzmununu daha da dərinləşdirən bir şəxsdir.

Həzrəti Əli (ə) Həzrəti Məhəmmədə (ə) layiq müqəddəs bir şəxsə – həm də kürəkənə çevrilmiş və ömürlük peyğəmbərin (ə) məhəbbətini qazanmışdır.

Bizcə, Həzrəti Əliyə (ə) ən yüksək qiyməti Həzrəti Məhəm-məd (ə) vermişdir. Həzrəti Rəsul (s) buyurmuşdur: «Ya Əli, əgər mən peyğəmbərlərin sonuncusu olmasaydım, sən də peyğəmbərliyə şərik olacaqdın. Lakin sən peyğəmbər deyilsən, onun vəsisi və varisisən, hətta sən vəsilərin seyidisən (yenə orada, səh. 371).

Həzrəti Məhəmməd (ə) Həzrəti Əlini (ə) xalqa təqdim edərək demişdir ki, «Bu Həzrəti Əli mənim qardaşımdır, vəsiləmdir, xəlifəmdir, eşidin və ona ibadət edin» (s.371). Məhəmməd peyğəmbər (ə) hamıdan çox Əli İbn Talibi (ə) sevirdi. (s.371). Deməli, bu, peyğəmbərimizin Həzrəti Əliyə (ə) verdiyi çox dəyərli qiymətdir.

Həzrəti İmam Əli İbn Əbu Talibin (ə) «Nəhcül-bəlağə» əsəri insanların əqlini zənginləşdirən, onları kamala yetirən, islam dinini qəbul etmişlərə düzgün yol göstərən və hərtərəfli bilik xəzinəsi olan elmi məktəb idi. Həzrəti Əlinin (ə) kitabı bu gün də islam dininin xeyrinə öz faydasını verir.

Çoxcəhətli tərbiyə almaq, saflaşmaq naminə tutduğu yolda baş verə biləcək səhvləri düzəltmək, başqasına öyüd - nəsihət vermək üçün Həzrəti Əlinin (ə) özü dövrünün müdrik şəxsi idi. Həzrəti Əlinin (ə) kitabında həyat yolunda mümkün ola biləcək səhvlərdən çəkindirən, uğurlu yol göstərən nəsihətlər və məsləhətlər var. Bu kitabda insanı xəyal və xülya taxtından real həyat taxtına endirən islam dininin elmi qüdrəti var. Həzrəti Əlinin (ə) «Nəhcül-bəlağə» əsəri insanları real həyata qaytaran tutarlı məsləhətlər və hikmətli sözlər xəzinəsidir.

Müasir dövrdə bu əsərdə olan kəlamları dərk etmək və həmin əsərin təsir dairəsində olmaq savabdır. Bunun üçün onun əsərlərini oxumaq və faydalanmaq lazımdır. Bu əsərdə olan kəlamları idrakda bişirib öz malı etməyi bacaran şəxs Həzrəti Əli (ə) məqamına yaxınlaşmaq hüququ qazana bilər. Bu da ki, reallığa çox da yaxın deyildir. Çünki müasir dövrdə öz dini bilik zənginliyinə görə Həzrəti Əli (ə) səviyyəsinə yaxın şəxs tapmaq mümkünlükdən xaricdir.

Həzrəti Əlinin (ə) «Nəhcül-bəlağə» əsəri cəmiyyətin həya-tını normal tənzim etmək üçün ona ilahi yol göstəricisidir. İnsan bu müdrik şəxsin ləngəri ilə yaşamağı bacarsa, onun yeri behiştlik olar; onlar bəşər üçün ən nümunəvi şəxsiyyətlər və ən saf insanlardan olarlar.

Həzrəti Əlinin (ə) «Nəhcül-bəlağə» əsəri insan əxlaqının ən saf, ən müdrik yolgöstəricisidir. Bu əsər həyatda düzgün yol tutmağa başlamaq üçün müsəlmanlara göndərilmiş ilahi hədiyyəsi hesab edilməlidir.

Bu əsəri savadlı insanlar, o cümlədən də müəllimlər, alimlər, din xadimləri oxuyub dərindən dərk edərək onu geniş təbliğ etməyi bacarmalıdırlar. Bu əsər yetkin din xadimləri hazırlamaq üçün çox dəyərli bir məxəzdir.

Mən bu kitabın birinci səhifəsindən oxumağa başladığım anlardan əsərin sonuncu səhifəsinə qədər bu dahi imamın - Həzrət Əlinin (ə) dünyagörüşünə, həyat təcrübəsinə, dərin düşüncəsinə, zamanın şah damarını məharətlə tutmasına, zəngin biliyinə, yaradıcı təfəkkürünə və əhatə dairəsinə heyran qaldım.

İslam dininin dünyaya gəldiyi ilk illərdə onun bütün qanunlarını dərindən dərk etmək də, onları müəyyən etmək də, onu kamil şəkildə şərh etmək qabiliyyətinə malik olmaq da dövründə Həzrət Məhəmməddən (ə) sonra ancaq dahi bir şəxsə - Həzrəti Əliyə (ə) qismət olmuşdur.

Həzrəti Əli (ə) öz dövründə Məhəmməd peyğəmbərə (ə) ən dəyanətli dost və arxa olmuşdur.

Məğlubolunmaz cəsur qəhrəman, dahi alim, misilsiz sərkərdə, nümunəvi dövlət başçısı, misilsiz natiq, müdrik yol göstəricisi, islam şəriətinin həm yaradıcısı və həm də ən əla şərh edəni Allah-Taala bütün bunları bir şəxsə – Həzrəti Əliyə(ə) bəxş etmişdir.

Həzrəti Əlinin (ə) əsərlərində olan hikmətli sözlər, öyüd-nəsihətlər bütün bəşər övladlarının, o cümlədən də islamı qəbul etmişlərin əxlaqını tənzimləməyə, onların həyatını saflaşdırmağa və onların daha asan yolla – islam dini yolu ilə irəliyə doğru hərəkət etmələrinin təmin edilməsinə yardımçı olmuşdur.

Mən Həzrəti Əlinin (ə) elmi yaradıcılığındakı çoxşaxəliliyə və məzmun tutumuna heyranam. Bu heyranlıq Həzrəti Əlinin (ə) istedadı, dərin təfəkkürü, geniş dünyagörüşü və real həyat təcrübəsi sayəsində yaranmışdır. Onun bilik dəryası olmasına Həzrəti Məhəmmədin (ə) müdrik təsirindən başqa o dövrdə inkişaf etmiş ərəb ölkələrindəki elm və həm də onun fitri istedadı olmuşdur.

Onun kəlamları təkcə müsəlmanlara deyil, bütün bəşər övladlarına fayda verəcək daimayaşar mənəvi xəzinədir.

Əli Poladın tərtib etdiyi «Həzrəti Əli» (Bakı, 2004) adlı fundamental əsərə Həzrəti Əlinin (ə) 1550-dən artıq kəlamı daxil edilmiş və onlar 129 başlıq altında cəmləşdirilmişdir. Bu başlıqlara aqil, dostluq, elm, yaxşılıq, pislik, ciddilik, mülayimlik, kin, qənaət, əməl, hörmət, nəfs və s. kimi bölmələr daxil edilmişdir.

Həzrəti Əlinin (ə) elmi yaradıcılığında olan mövzu müx-təlifliyi, demək olar ki, insan həyatının bir çox başlıca sahələrini əhatə edir. Bu, nadir dahilərə xas olan bir elmin, elmi publisistikliyin, fəlsəfi yaradıcılığın, psixoloci məqamın bəhrəsidir. Onda olan söz tutumu, mövzu müxtəlifliyi, həqiqət yozumu ancaq ilahi vergisi olan müqəddəs bir şəxsə - Həzrəti Əliyə (ə) məxsus olmalıydı.

Həzrət Əlinin (ə) elmi yaradıcılığı - idrak məhsulu onun əsərləri vasitəsilə nəşr edilməklə bəşər övladlarının düşüncə və qavramı dairəsində paylanmaqdadır. Həzrəti Əlinin (ə) dini-elmi yaradıcılığında bütün müdrik insanlara, o cümlə-dən, alimlərə də pay vardır.

Həzrət Əlinin (ə) islam dünyasındakı hikmətli sözlər xəzinəsi dünyanın bir çox aparıcı dillərinə tərcümə edilib, onun təbliğ olunması zaman və məkan daxilində davam etdirilir. Həzrəti Əli (ə) əsərlərinin yaşı 1300 il olsa da, onda fikir köhnəliyi yoxdur, əksinə, onda fikir dərinliyi və fikir təzəliyi vardır.

İlahi bu əsərlərdə şəhid Həzrəti Əliyə (ə) ölməzlik heykəli ucaldıb. Həzrəti Əli (ə) islam yolunda qılınc çalanlardan birincisi, əxlaq dünyasının saflığını qızıl qələmlə qoruyanlardan birincisi, dövlət quruculuğu işində yenilikçi, əqidə yolunda şəhid olanlardan da birincisi idi.

Həzrəti Əli (ə) islam dünyasının yarandığı ilk illərdə real qəhrəmanlığın ən qabarıq rəmzidir. Həzrəti Əli (ə) Allah yolunda islam dinini yayan, onun məğzinə dayaq olan mömin bir şəxsdir. Həzrəti Əli (ə) Məhəmməd peyğəmbərin (ə) arxası, islam dininin isə tacı idi. Bu tacın altındakı müdrik başa peyğəmbərimizin özü əl çəkmişdi.

İslam dini yarananda ona qarşı gələcəkdə ticarəti əldən verməmək, buddaya xidmət etmək istəyən Qureyş ordusu bir neçə hərbi yürüş etdi. Onlar özlərini guya məğlubedilməz qələminə vermişdilər. İslama düşmən olan Qureyş ordusunun «basılmaz» iradəsini islam ordusu sındırmış və bununla onların savaşçıları arasında ruh düşgünlüyü yaratmışdı.

Bu da islam mücahidlərinin Allah yolunda vuruşduqları ideyanın və inamının daha da möhkəmlənməsinə səbəb olmuşdu. O dövrdə azsaylı islam əsgərləri sayca özündən bir neçə dəfə çox olan düşmən əsgərləri ilə böyük ruh yüksəkliyilə vuruşaraq son həddə islam döyüşçülərinə qələbə qazandırmışdı.

Birinci savaşlarda ancaq müdafiə taktikası seçən islam əsgərləri az vaxt keçdikdən sonra Həzrəti Məhəmmədin (ə) məsləhətilə, az döyüşçülərlə olsa da, hücum taktikasını seçmiş və sonrakı illər ərzində islam ordusu möhkəmlənərkən islam dinini uğurla yaymaqda davam etmişdi. Bu qələbənin özülü Həzrəti Məhəmməd (ə) tərəfindən qoyulmuş, sonrası isə Həzrəti Əli (ə) tərəfindən həyata keçirilmişdi

Həzrət Məhəmmədin (ə) sehrli qılıncı Həzrət Əlini (ə) ruhlandırmış, Allah-Taalanın Həzrət Əli (ə) üzərindəki kölgəsi onun qoluna qüvvət vermişdir. Həzrəti Əli (ə) öz dahiyanə əsərləri ilə inam və iman sahibi olanlara Həzrəti Əli (ə) ideya silahı vermiş və onları daha düzgün yola istiqamətləndirmişdir.

Həzrəti Əlinin (ə) kəlamları Qurani-Kərimdən sonra islam dünyasına bəxş edilən ikinci ilahi nurudur. İlahi Həzrəti Əliyə (ə) misilsiz qəhrəmanlığın, müdrikliyin, yaradıcı təfəkkürün, alimliyin bir çox şaxələrin cəmini bir yerdə bəxş etmişdir. Həzrəti Əli (ə) islam dünyasının ilk qəhrəmanı və Həzrəti Məhəmməddən (ə) sonra ilk çoxcəhətli düşünən mütəffəkiri olmuşdur. Həzrəti Əli (ə) qəlb odunda közərən və əbədi işıq saçan ilk islam ulduzudur.

Həzrəti Əli (ə) dünyaya gəldiyi ilk illərdə Həzrəti Mə-həmməd peyğəmbərdən (ə) dəstək alandan sonra özünün müdrikliyi və qocaqlığı ilə ölməzlik heykəli ucaldan daimi yaşar dahi bir şəxsə çevrilmişdir.

İslam dininin özülünə Həzrəti Məhəmməddən (ə) sonra Həzrəti Əlinin (ə) adı əbədi olaraq daxil edilmişdir.

Həzrəti Məhəmmədi (ə) qəbul edənlərin hamısı eyni zamanda Həzrəti Əlini (ə) də yad edir və onların hər iki şəxsiyyətləri qarşısında baş əyirlər.

Bizcə, Həzrəti Əliyə (ə) beyət gətirməyənlər ilahi qarşısında böyük günah işlətmiş olarlar. Çünki Həzrəti Əli (ə) islam dininin yaranmasında, inkişafında və möhkəmlənməsində fəal iştirak etmək üçün dünyaya göz açmış bir ilahi övladıdır.

Həzrəti Əli (ə) dühası dahilərə xas olan təfəkkür, idrak və bilik xəzinəsinin cəmidir. İlahi Həzrəti Əliyə (ə) məğlubedilməz qəhrəmanlıqdan, mütəfəkkirlikdən, qayğıkeşlikdən, humanistlikdən və beynəlmiləlçilikdən əlavə, ən ali bir çox başqa keyfiyyətləri də bəxş etmişdir.

Həzrəti Əli (ə) ilahinin ən ali insani keyfiyyətlərin cəmin-dən yaratdığı təkrarsız təbii külçəsidir. Həzrət Əlinin (ə) əsərləri, onun keçdiyi həyat yolunda qazandığı uğurlar mənim qəlbimdə dərin bir iz buraxmışdır.

Əgər Həzrəti Əli (ə) Allah-Taalanın lənətinə gəlmiş namərdin zəhərli qılıncı ilə haqq dünyasına qovuşmuşsa, ilahi Həzrəti Əlini (ə) zəhərsiz dünyaya – cənnətməkana yollamışdır. Həzrəti Əli (ə) cənnət quşuna çevrilərək onu sevən milyonlarla insanların qəlbində məskən salmış və bu məskən də gələcəyin sonsuzluğuna doğru istiqamət götürmüşdür.

Həzrəti Əli (ə) islam dini dünyasının Həzrəti Məhəmməd-dən (ə) sonrakı ilk nümunəvi şəxsiyyətidir.

Həzrəti Məhəmməd (ə) islam dünyasının ilk günəşi, Həz-rərti Əli (ə) isə o günəşin ətrafında daimi dövr edən yeganə peykidir.

Dünyanın hikmətli sözləri okeanında sərbəst üzən Həzrət Əli (ə) bəşəriyyətin mənəvi dünyasına doğru aramla üzən gəminin mahir kapitanıdır.

Həzrəti Əlinin (ə) hikmətli sözləri ancaq müəllifin özünə və ya islam dünyasına yox, həm də idrak ləngərini məharətlə tənzimləyən bəşəriyyətin əql xəzinəsinə aiddir. Həzrəti Əlinin (ə) elmi yaradıcılığı ərəb dünyasında inkişaf etmiş, elm dünyasında formalaşmış və öz dövründə layiq şəkildə boya çatmışdır.

İnsanlara Həzrəti Əli (ə) qayğısı sonralardan «əl tutmaq Əlidən qalmışdır» kimi çoxmənalı atalar sözünə çevrilmişdir.

Məncə, Həzrəti Əli (ə) islamın şəriət qanunlarının, fəlsəfi və hüquqi fikrinin ilkin əsasını verməklə islamşünaslıq binövrəsini qoymuşdur və Həzrəti Əli (ə) Qurani-Kərimi təfsir etməklə, Quranşü-naslıq məktəbini yaratmışdır.

Həzrəti Əli (ə) ölümünəqədərki həyatında öz dini və elmi yaradıcılığı ilə əbədi yaşamaq üçün özünə ölməzlik hüququ qazanmışdır.

Qəribə də olsa Həzrəti Məhəmməd (ə) dünyasını dəyiş-dikdən sonra islam dininin yayıldığı əyalətlərdə bir boşluq yarandı, hərc-mərclik baş qaldırdı. Bir çox şəhərlərin valiləri özlərini o yaşayış məntəqələrinin sahibkarı, hökmdarı hesab etdi, onların bəziləri mərkəzdən gələn əmrə tabe olmaq istəmədilər.

Bu səbəbdən də islamçıların yaratdığı ölkələrdə qanun-suzluq, özbaşınalıq, talançılıq, zülm baş alıb getdi. Son həddə mərkəzlə əyalət rəhbərləri arasında qarşıdurma yarandı. İslam dünyasında Həzrəti Məhəmməd peyğəmbərin (ə) nəslinə, xü-susilə onun nəvələrinə qarşı da amansızlıq, qəddarlıq başladı. Həzrəti Əli (ə) şəhid olduqdan sonra onun övladlarına qarşı, demək olar ki, ədalətsiz müharibə elan etdilər.

Son nəticədə Həzrəti Əlinin (ə) övladlarının bir neçəsi Kərbəla düzündə həlak oldu. Onlardan sağ qalanlar isə Şərq-də - islamı qəbul etmiş ölkələrdə özlərinə sığınacaq tapası oldular.

Lakin islam dini daha geniş ərazilərdə yayıldıqdan sonra Həzrəti Məhəmməd (ə) nəslinə hörmət bərpa olundu və onlara dini qayğı artdı. Şəhid olmuşların qəbirləri üstündə ziyarətgahlar, məqbərələr ucaldıldı və onlar islam dünyasında ən müqəddəs ziyarətgahlarına çevrildi. Zaman keçdikcə, müsəlmanlar Həzrəti Əli (ə) övladları qarşısında səcdə etməyə başladılar. Bu proses indi də – Məkkədə, Mədinədə, Nəcəfdə, Kəlbəlada, Məşhəddə və bir çox başqa regionlarda müqəddəs ibadətgahlar yarandı və davam etdirilir.

Həzrəti Əli (ə) elm dünyasının sirli xəzinələrinin açarını tapmış və elmin çox sahələrinin dərinliyinə getmiş, onu xalqa çatdırmış zəngin yaradıcılığ olan bir elm xadimi səviyyəsinə ucalmışdır.

İman sahibələrindən biri «ya Əli, sənə – elmi-qeyib ve-rilmişdir» deyə soruşduqda Həzrəti Əli (ə) sual verən cavab verir ki, «Xəbər verdiklərim elmi- qeyib deyildir. Mən bu elmi, elmi-qeyib olan Şəxsdən (Peyğəmbərdən) öyrənmişəm. Əslində, elmi-qeyib qiyamətə aid bir elmdir ki, Allah-Taala öz kəlamında onun haqqında buyurmuşdur ki, «Qiyamətə aid bilik Allah yanındadır» (yenə orada, səh. 176-177). «Bundan başqa elm odur ki, Allah öz peyğəmbərlərinə öyrətmişdir, peyğəmbər də mənə öyrətmişdir və Allahdan istəmişdir ki, onu sinəmdə yerləşdirsin və bütün üzvləri onunla dolsun» (yenə orada, səh.177). Allah-Taala Həzrəti Əlinin (ə) səsini eşidərək elm xəzinəsinin qızıl acarını ona bəxş etmişdir.

Müasir dövrdə elmi araşdırmalar göstərir ki, orta əsrlərdə elm Şərq dünyasında çox inkişaf etdiyindən burada görkəmli alimlər və filosoflar yetişmişdir. Qərb alimləri Şərqin dahi şaxslərini dərk edərək onların elmi məktəbinə yetkin şəkildə elmi-nəzəri müddəalar yaratmış və hətta fəlsəfəyə aid məktəblər təşkil etmişlər.

Müasir dövrdə görkəmli tədqiqatçılar Qərbə isbat edir ki, onların bir çoxunun fəlsəfi kökü Şərqdən başlanır. Bu inkaredilməz ideya və faktiki mərhələ açıqlananda bəzi Qərb alimlərini qıcıqlandırır. Şübhəsiz ki, belə qaynar, çoxcəhətli elmi mühitdə yetişmiş Həzrəti Əli (ə) bizim indi tanıdığımız Həzrəti Əli (ə) səviyyəsində olmalı idi. Atalar demişkən: «Ot öz kökü üstə bitər!» Bu belə də oldu.

Göründüyü kimi, Həzrəti Əli (ə) etiraf edir ki, Həzrəti Məhəmmədin (ə) istəməsidir ki, elmi bilik Həzrəti Əlinin (ə) varlığına dolsun. Həzrəti Əlinin (ə) elmi çox dolğun, çoxşaxəli bir elm olmaqla o elm yüksək səviyyədə, həm də sadə və aydın dildə xalqa çatdırılmışdır. Bu cəhətdən Həzrəti Əlinin(ə) cəmiyyətdə öz dəyişməz mövqeyi və parlaq yeri vardır.

Həzrəti Əli (ə) öz dövründə cəmiyyətdə özünün xüsusi yerini bilir və yeri gəldikcə onu xalqa çatdırırdı. O, camaata üz tutaraq müraciətlə deyib ki, «Mən sizin aranızda qaranlıqda çırağa bənzərəm, ona üz tutan şəxs onun işığından faydala-nar» (Həzrəti İmam Əli İbn Əbutalib, «Nəhcül-bəlağə», Bakı, 2005, səh. 177).

Bu gün də geniş oxucu kütləsi, o cümlədən bütün müsəl-manlar Həzrəti Əlidən (ə) nurlanır və onun mənəvi dünyasından qidalanırlar. Həzrəti Əli (ə) zil qaranlıqda ilahinin kəşf etdiyi atom yanacaqlı zərərsiz işıqdır.

Həzrəti Əli (ə) islam dünyasının möhtəşəm nəzəriy-yəçisidir. Həzrəti Əli (ə) öz əsərində Allah – Taalanın çoxcəhətli, lakin şəffaf obrazını yaratmış və onun ən ideal xüsusiyyətlərini böyük mütəfəkkir ustalığı ilə islam dininin əsasına daxil etmişdir.

Həzrəti Əli (ə) öz əsərində peyğəmbərimizin himayəsi altında böyümüş, sonuncu peyğəmbər Həzrəti Məhəmmədin (ə) gözəl peyğəmbərlik xarakterinə əsaslanaraq ideal peyğəmbər obrazı yaratmışdır.

Həzrəti Əli (ə) Həzrəti Məhəmmədin (ə) yaratdığı islam dininə inamın və şəriətin qanunları üzərində işləyərək onların elmi, hüquqi və əxlaqi əsaslarını vermişdir. Səma kitabının – Qurani-Kərimin nazil olan anlarından onun təfsirini ən ali tərzdə vermişdir.

Həzrəti Əli (ə) imamşünaslıq kimi müqəddəs şəxslər haqqında da əsaslı və məzmunlu əsər yazmışdır. Həzrəti Əli (ə) islam dininin iki sütununun – inam və şəriət elminin itaətli şəkildə əsaslandırılmasında müstəsna rol oynamışdır. Həzrəti Əli (ə) Allah-Taalaya, Qurani-Kərimə, peyğəmlərimiz Həzrəti Məhəmmədə (ə), Həccə inamı möhkəmlətmiş və artırmış, müsəlman şəriətini əsaslı şəkildə araşdırmış və şəriətin ilkin qanunlarını hüquqi cəhətdən əsaslandırmışdır.

Qurani-Kərim Həzrəti Əlinin (ə) təfsirindən sonra daha düzgün yolla və daha asan başa düşüləsi bir səviyyədə ucalmışdır.

Həzrəti Əli (ə) öz möhtəşəm əsərləri ilə islam dinini göydən yerə endirərək, onu izahından sonra islamı qəbul etmişlərin qəlbinə axıtdı. Onun izahından sonra həmin əsəri dindarların qəlbinə daha məqsədəuyğun şəkildə axıtmışdır.

Allah-Taalanın əmri ilə müsəlmanlığı ilk dəfə qəbul etmiş Həzrəti Məhəmməd (ə) bütün həyatını insanların islam dinini qəbul etmələri yoluna həsr etmişdir.

Həzrəti Əli (ə) imamların necəliyini və onların necə olmalarını, onların həyat normalarını, onların peyğəmbərdən sonra müqəddəs şəxslər səviyyəsində olduqlarını qələmə almışdır.

Həzrəti Əli (ə) sözünə dəvam edərək xalqa müraciətlə deyir: «Ay camaat! Mənim sözümü dinləyin və əzbərləyin, ürəyinizin qulaqlarını açın ki, sözümü düşünəsiniz» («Nəhcül-bəlağə» 2005, səh. 177).

Həzrəti Əlinin (ə) bu müdrik sözləri islam tarixinin əsasında yaşayan müsəlman əhlinə edilmiş müraciətdir.

Müdrik ərəb xalqı Həzrət Əlinin (ə) bu müraciətini eşitmiş, onu qəbul etmiş və nəticədə Həzrət Əlinin (ə) sözünü əzbərləmiş, toplamış və saxlamışlar. Bu səbəbdən də Seyid Şərif Rəzi İmam Əlinin (ə) «Nəchül-bəlağə» əsərini qismən asan yolla toplayaraq biz müsəlmanlara yadigar olaraq bağışlamışdır.

Həzrəti Əlinin (ə) elmi irsi, onun dini yaradıcılığı, qəh-rəmanlığı və müasirliyi bu gün də mömin insanlar üçün islam dininin yaratdığı möhtəşəm ehtiramın özülündədir. Həzrəti Məhəmmədin (ə) Allah-Taala tərəfindən göndərilmiş möhtə-şəm dini qanunlarından və Həzrəti Məhəmməd (ə), Həzrəti Əli (ə) kimi müdriklərin ideyaları ondan qüvvət almışdır.

Mən ürəkdən heyifsilənirəm ki, mən bu yaşıma baxma-yaraq, indiyədək Həzrəti Əlinin (ə) «Nəhcül-bəlağə» kitabından xəbər tutmamışdım. Buna günahkar mən yox, zamandır, keçmiş ictimai-siyasi quruluşdur. Eyni zamanda Allahıma şükür edirəm ki, gec də olsa, bu kitabın Azərbaycan dilinə edilən təkmil tərcüməsini oxudum, ondan bolluca faydalanmaqla zənginləşdim. Mənim «Həzrəti Əli (ə) dühası» adı altında yazdığım bu yazımın Həzrəti İmam Əli İbn Əbitalibin (ə) «Nəhcül-bəlağə» kitabının yeni – ikinci nəşrinin girişinə daxil etdirilməsi fikri məni şad edir.

Mənim «Həzrəti Əli (ə) dühası» məqaləmin Həzrəti Əlişünasların (ə) bəzilərinin rəğbətini qazanmasına səbəb mənim son 60 ildə elmdə keçdiyim yol – oxumaq, dərk etmək, ümu-miləşdirmək, oxuduğun əsərin ana xəttinə lazımi qiymət vermək səriştəsi olmuşdur. Birdə mən bu əsəri oxuduqca məndə onun müəllifinə – Həzrəti İmam Əliyə (ə) olan hörmətim, məhəbbətim olmuşdur. Məni bu yazını yazmağa vadar edən Həzrəti İmam Əli (ə) elminin qüdrətidir, onun elmi yaradıcılığının çoxşaxəliliyidir və hər bir elmi şaxənin çox təkmil elmi məzmunu və islam dünyası üçün çox böyük əhəmiyyətə malik olmasıdır.

14 əsrə yaxın bir dövr ötdükdən sonra da olsa mən Həzrəti İmam Əli (ə) İbn Əbutalibin «Nəhcül-bəlağə» kitabını onun Azərbaycandakı birinci nəşrinin redaktoru Hafiz Abıyevin məs-ləhəti ilə oxuduqda oxucular üçün rast gəldiyim anlaşılmaz sözlərin siyahısını, eləcə də ərəbcədən azərbaycan-caya uğursuz tərcümələri az da olsa onların nəzərinə çatdırdım.

Həzrəti Məhəmməd (ə) çox təvazökar dahi bir şəxs olub. Heç vaxt «mənəm-mənəm» deməyib və daima özünü İslam dinini qəbul etmiş sadə insanlardan biri hesab etmişdir. Hətta Onun özü müsəlman dostlarına demişdi ki, məni xristianların İsa peyğəmbəri səviyyəsinə qaldırıb fetişləşdirməyin, mən gələndə ayağa qalxmayın.

Allah-Taalanın adı bəşəriyyətə çoxdan məlumdur. Ola bilsin ki, onun bir Allah kimi obrazı haqqında hansı əsərlərdəsə ümumi məlumat vardır. Həzrəti Əlinin (ə) fikrincə, şəffaf görkə-mi olan və məkanı bilinməyən Allah-Taala hər şeyi duyan, hər şeyi gözsüz görən, hər şeyi qulaqsız eşidən, hər şeyi orqansız hiss edən, lakin bütün canlıları, o cümlədən də insanların hər birini dünyaya gələndən dünyasını dəyişənə qədər görən, onu hərtərəfli izləyən, həyatını tənzim edən, hər bir şəxsin taleyini qabaqcadan müəyyən edəndir. Allah-Taalanın hər hansısa daimi bir məkanı yoxdur.

Həzrəti Əlinin (ə) təsvir etdiyi Allah hər bir şəxsin qəlbinə daxil olub, onunla yaşayıb və Allahın məsləhəti ilə o şəxs axirət dünyasına yola salınıb.

İnsan dünyasını dəyişəndən sonra onun ikinci dünyası baş-layır. Yaxşı, mömin insanlar üçün cənnət, pis insanlar, rəhmsizlər, qəddarlar, allahsızlar üçün isə ikinci məkan - cəhən-nəm həyatı başlanır.

İstər bu həyatda yaşayan, istərsə də dünyasını dəyişmiş insanların hər birinin başlanğıcı da, onun həyatının sonu da Allah-Taala tərəfindən müəyyən edilir və idarə edilir. Deməli, Allah-Taala bizim hər birimizin həyatının tənzimləyicisi, idarəedicisidir, Allah-Taala əbədiyaşar ilahi varlıqdır. Həzrəti Əlinin (ə) gənclik illərindən onun ömrünün sonuna qədər islam dini qarşısında göstərdiyi ən ali və möhtəşəm xidmət Allahşünaslıqdır, peyğəmbərşünaslıqdır və dinin bir çox başqa elmi problemləridir.

Allah-Taalanın köməyi ilə Həzrəti Əlinin (ə) alimlik qüdrəti, mənim 60 illik yazı tərcübəm – oxumaq, dərk etmək, oxuduqlarımı ümumiləşdirmək, təfəkkürürümdə bişirmək və ondan dəyərli nəticə çıxarmaq – imkanı vermişdir.

Mən dahi şəxsiyyət Həzrəti İmam Əli (ə) haqqında «Həzrəti Əli (ə) dühası» adlı yazı yazmışam. Bu yazı mənim Həzrəti Əlinin (ə) çoxşaxəli elmi və ictimai yaradıcılığının cövhərindən götürülmüş ilk yazımdır. Şəxsən mən 200 nəfərə yaxın elm adamları haqqında dəyərli məqalələr yazmış, «Elmin yanar şamları», beş cilddə «Coğrafiya elminin uğurları» adlı kitab və onlardan başqa elmi əsərlər nəşr etdirmişəm.

Mən Həzrəti Əli (ə) haqqında məndən qabaq yazılan elmi-tədqiqat işlərindən istifadə edib onların təsiri altına düşmək istəməmişəm. Bundan başqa, mənim ərəb və fars dillərini bilməməyim məni Həzrəti Əli (ə) haqqında yazılan əsərlərdən uzaq salmışdır. Odur ki, bu yazıda olan bütün ümumiləşdirilmiş fikirlər ancaq mənim özümə məxsusdur.

Əgər Həzrəti Əlinin (ə) «Nəhcül-bəlağə» kitabını oxuyaraq ondan faydalı nəticələr əldə etmişəmsə mən islamın elm dünyasına daxil olmaq üçün ilk addım atmışam. Mən özümü çox xoşbəxt hesab edirəm ki, 40 il kommunist partiyasının üzvü olmuş Budaq Əbdüləli oğlu Budaqov elmdə Həzrəti Əli (ə) məqamının elmi kökünə yaxınlaşmağa imkan tapmışdır.

Sağlam fikirli alim sağlam da təfəkkürün keşiyində dayanır. Bu, həyat həqiqətidir. Mən bir alim kimi Həzrəti Əli (ə) şəxsiyyəti qarşısında baş əyirəm və valideynlərimin kommunist recimi dövründə Həzrəti Əli (ə) yolunda gizlində xısın-xısın göz yaşları tökmələrindən də qürurlanıram.

Alim var ki dahilərin əsərlərindən qidalana-qidalana yüksəlir. Həzrəti Əli (ə) isə «gör-götür» dünyasından az-çox istifadə etsə də Zəmzəm bulağının suyu kimi onun mənbəyi Həzrəti Əli (ə) yaradıcılığının özündən alınmışdır.

Həzrəti Əli (ə) islam dininə məxsus elm bulağının gözüdür. Bu səbəbdən də Həzrəti peyğəmbərimiz (ə) Həzrəti Əlinin (ə) elmi haqqında çox dəqiq və əhatəli demişdir ki, «Mən elmin şəhəriyəm, Həzrəti Əli (ə) isə onun qapısıdır». Bu dahiyanə söz Həzrəti Əlinin (ə) elmi yaradıcılığının dərinliyinə verilən ən dəqiq peyğəmbər qiymətidir.

Azərbaycan atalar sözünün birində deyilir ki, örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçəcəkdir. Çox ehtimal ki, Həzrəti əleyhissəlam nəzərdə tutub ki, elm nə qədər çoxşaxəli olsa da yenə də elmin doğanağından – elmin qapısından keçməlidir.

Həzrəti Əli (ə) islam dünyasının ən yüksək nümunəvi şəxsiyyətidir. Başqa sözlə, Həzrəti Əlinin (ə) yaratdığı elmdə xılt yoxdur. Onların hamısı ilan boğazından çıxmış kimi düzdür. Bu da Həzrəti Əlinin (ə) tam yetkin, həm də universal yaradıcılıq yolu olan alim olmasını bir daha təsdiqləyir. Məncə islam dini yarananda Allah-Taala ilk ilahi vergisini Həzrəti Əliyə (ə) bəxş etmişdir. Həzrəti Əli (ə) də bu ilahi vergisi ilə gənc islam dininin yolunu ilahinin hökmü ilə təfəkkür işığı ilə işıqlandırmışdır.

Mən elmi-tədqiqat işinə başlayanda dağlarla (1952-1965), sonra təbiətin ümumi mənzərəsi ilə (1965-1975) «danışmış», elm yolu ilə onların sirrini açmışam. Bununla da paralel olaraq coğrafi adlarla – onların dil mənsubiyyəti, yaranma tarixi və mövcud olduğu məkanı elmi dildə danışmışam. Bunlarla yanaşı ekologiya, məktəb coğrafiyası, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar ilə, həmçinin elmin bir çox başqa vacib elmi problemlərli ilə məşğul olmuşam. Son həddə mənim 50-ə yaxın elmi, elmi-publisistik kitablarım və 1000-ə yaxın məqaləm dərc edilmişdir. Öunlardan başqa mən həcc ziyarətinə «Həzrəti Məhəmməd (ə) elm haqında» əsərini də nəşr etdirdim. Deməli, son yarım əsrdən çox müddətdə öz şəxsi həyatımı unudaraq elmlə ciddi məşğul olmuşam. Elmi baxımdan mənim elmi təcrübəmin yüksək zirvəyə çatdığı dövrdə mənə verilən xoşbəxtlik üzündən 2006-cı ilin iyul-avqust aylarında Həzrəti Əlinin (ə) «Nəhcül-bəlağə» kitabının Azərbaycan dilinə tərcümə-sini düşünə-düşünə oxudum. Məzu-niyyətdə idim, vaxtım çox idi. Həzrəti Əlinin (ə) bu dahiyanə kitabını oxumağa başlayan andan bu kitab mənim düşüncələrimi, daxili dünyamı, istək və arzularımı özünə çəkməyə başladı. Mən bu kitabdan ayrıla bilmirəm. Həzrəti Əlinin (ə) kitabında olan müdrik kəlamlar, öyüd-nəsihətlər, fəlsəfi fikirlər, hüquqi məsələlər, islam dininin daxili dünyasının açıqlanması, ona Həzrəti Əli (ə) dühasının günəş şüasının zərrəcikləri kimi məqsədyönlü səpələnməsi məni özünə maqnit kimi çəkdi. Çünki bu elm xəzinəsində olan hər bir cümlə, hər bir söz çoxçalarlı mənaya malikdir. Bu səbəbdən də kitabı oxuyub başa çatdırdıqdan sonra yenidən oxumağa başlamalısan. Mən Həzrəti Əli (ə) kitabını oxudum, dərk etdim, düşündüm və mən də bir elmi işçi kimi öz qələmimi bu sahədə sınamağa başladım. Mən bu «Həzrəti Əli (ə) dühası» məqaləsini yazanda ancaq imamın bu kitabında olan xəzinədən istifadə etdim.

Mənim bu məqaləmi oxuyaraq ona müsbət fikir söyləyənlər bilməlidirlər ki, müəllifi Budaq Budaqov 1948-ci ildən başlayaraq 1998-ci ilə qədər kommunist partiyasının üzvü olmüş, indi isə o ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının üzvüdür. Bütün bunlara baxmayaraq mən Həzrəti Əli (ə) elm dağının ətəyində dayanaraq ona səcdə etmiş, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki kimi, bir professor kimi Həzrəti Əli (ə) dühası qarşısında baş əymişəm.

Həzrəti Əli (ə) əsərləri haqqında alimlər hər biri iyirmi cildlərdən ibarət əsərlər yazmışlar. Bu əsərlər o alimlərin Həzrəti Əlinin (ə) elmi irsinə verdikləri və onun bu yazı dövründə çəkilən qiymətidir. Bu çoxcildlik dəyərli əsərlərlə yanaşı Həzrəti Əlini (ə) tədqiq etmək üçün, yığcam sözlü əsərlər də lazımdır. Geniş oxucu kütləsinin Həzrəti Əlinin (ə) «Nəhcül-bəlağə» kitabını oxumaları çox məsləhətdir. Bir sözlə, çoxcildlik əsərlərlə yanaşı, bir cildlik yığcam əsərlər də vacibdir.

2007-ci ilin iyun ayında mənim ərdəbilli aspirantımın mənə bağışladığı kitabın üz qabıtında yazılıb: «Seyid Şərif Rəzi. Ona məxsus Həzrət Əlinin (ə) «Nəhcül-bəlağə» kitabı. Kitabın üzərində Seyid Şərif Rəzinin adının yazılmasıdan mən həyacan keçirdim ki, nə üçün Rəzi «Nəhcül-bəlağə» kitabına öz adını və soyadını yazdırıb. Axı bu əsər Həzrəti Əliyə (ə) məxsusdur.

Mənim bu əsaslı həyəcanıma Rəsul İsmayılzadə son qoydu. Sən demə, rəhmətlik Seyid Şərif Rəzi Həzrəti Əlinin (ə) «Nəhcül-bəlağə» kitabını min il bundan öncə sətir-sətir toplayaraq kitab şəklinə salan və bu dahi əsəri bizlərə çatdıran mömin bir şəxsimiş. O, əsasən ərəb xalqının əzbərləyərək dillərdə saxladığı sözləri və yazılı ədəbiyyatda olan mətnləri toplayaraq bir kitabda birləşdirmişdir. Allah Seyid Şərif Rəziyə dönə-dönə rəhmət etsin. Məncə bunun müqabilində Seyid Rəzi səcdəgaha çevrilməlidir. Əfsuslar olsun ki, bu kitabın girişində oxucular üçün Seyid Rəzinin şəxsiyyəti, elmi yaradıcılığı və bu əsərin toplanması yolunda sərf etdiyi əmək haqqında heç bir məlumat verilməyib.

Mən böyük cəsarətlə deyirəm ki Həzrəti Əlinin (ə) əsər-lərində elə kəlamlar vardır ki, onlar ancaq islam övladlarının deyil, bütün bəşəriyyət üçün deyilmiş öyüd nəsihətdir, dəyərli kəlamlardır. Onun hikmətli sözlərində çox dərin məna və dərin fikirlər yükü vardır.

Müasir dövrdə bəzən valideynlər öz övladlarından şikayət edərək deyirlər ki, məndən olub mənə oxşamayanlar. Bu sözlər həyat həqiqətidir, tarixi həqiqətdir. Ancaq bu fikrin cavabını Həzrəti Əli (ə) 14 əsr bundan qabaq keçən və gələcək nəsillər üçün müdrikcəsinə vermişdir: Həzrət Əlinin (ə) dediyinə görə, «Övladlar valideynlərindən çox zəmanəsinə oxşayırlar». Mən ömrüm boyu dörd nəsil görmüşəm. İndi dərindən fikirləşəndə dərk edirəm ki, doğrudan da məndən olanlar mənə oxşamırlar, mənimkilərdən olanlar da valideynlərinə oxşamırlar, deməli, onları qismən dəyişən, tam bizlərə oxşamağa qoymayan zəmanə imiş. Zəmanənin yaratdığı adət- ənənədir, zəmanənin hökmüdür. Həzrəti Əlinin (ə) bu növ dahiyanə kəlamları çoxdan da çoxdur.

Qeyd etdiyimiz kimi, İslam dini iki möhtəşəm özül üzərində dayanır. Onlardan birincisi inam, ikincisi isə şəraitə qanunlarına ciddi riayətdir.

Bu iki möhtəşəm özülün ilkin mərhələsində, onların ya-ranmasında və əsaslandırılmasında Həzrət Əlinin (ə) müstəsna yaradıcı rolu olmuşdur. Yada salım: Allahşünaslıq, peyğəm-bərşünaslıq və s.

İnam - Allah-Taalaya inam, Qurani-Kərimə inam, Mək-kəyə inam, Peyğəmbərə inam! Şəriətin qanunlarının miqyası böyük, daxili differensasiyası isə çoxşaxəli olsa da, ona da riayət edib cəlb etmək və ona da inam olmalıdır.

Həzrət Əlinin (ə) yaradıcılıq dünyası cavan islam dinindən ilhamlanaraq səhraya qəflətən yağan dolunu xatırladır. Hər bir dolu dənəsi atmosferin yuxarı qatında ilahinin hökmü ilə yarandığından Həzrəti Əlinin (ə) kəlamlarının özəyində də islam dininin o illərin tələbi və Həzrəti Məhəmmədin (ə) dini müddəaları, onun tələbləri və ruhu durur.

Həzrəti Əlinin (ə) kəlamlarının çeşməsinin mənbəyi - ərəb dünyası təkmil, tükənməz olduğundan və Həzrətə ilahi vergisi verildiyindən, O, qısa müddətdə bəşər övladlarının yaddaşında silinməz iz buraxmışdır.

Bədahətən müdrik fikirlər söyləmək, məsləhətlər vermək, düzgün yol göstərmək yalnız ilahi vergisi verilmiş şəxslərə məx-susdur. Bizcə, Həzrəti Əli (ə) də məhz belə dahilərdən olmuşdur.

Həzrəti Məhəmməd (ə) ərəb dünyasında olan qanunsuzluq aləmində qayda yaratmaq, insanları islam dini vasitəsi ilə yeni qanunlar əsasında rahat yaşamaq və qanunlara tabe etmək məqsədilə bəşəri bir din yaratmışdır. Həzrəti Əli (ə) isə bu yeni dinin qanunçuluğunun müəyyən normada işlənməsində, o qanunların həyati olmasında öz müdrik əməyini əsirgəməmişdir.

Həzrəti Əli (ə) öz əqli-dəryasında öz təfəkkür xəzinəsində bişirərək istənilən insanlara istənilən qanunları onların razı qaldığı səviyyədə paylamışdır.

Həzrəti Əli (ə) islam dininin əsas müddəlarını ancaq şərh etməkdə deyil, onların yaranmasında da mühüm şəxs kimi köklü rol oynamışdır.

Həzrəti Əli (ə) islam dininin divarlarını hörənlərdən deyil, islam dini üçün möhtəşəm qalalar tikənlərdəndir.

Həzrəti Əli (ə) islam dininin uyuşmaqda olan başlandığı mayası saf olduğundan, bu dinin özülü də möhkəmdir.

Mən Həzrəti İmam Əli İbn Əbutalibin (ə) «Nəhcül-bəlağə» əsərində bir çox ifadələr, terminlər və sözlərin kitabın ynei nəşrində mənasının və ya tərcüməsinin əlavə edilməsini məsləhət görərdim.

Həzrəti Əlinin (ə) dini-elmi yaradıcılığı birincilər cərgəsində birincidir.

O dövrdə yaranmağa başlamış islam dinini inandırıcı şəkildə və çox da sürətlə təbliğ etmək üçün Həzrəti Əli (ə) kimi əvəzi olmayan natiq, alim lazım idi. Həzrəti Əli (ə) çıxış edəndə insanlar, bal arıları pətəyə toplaşan kimi, onun ətrafına toplaşaraq onu dinləmiş və bundan sonra onların çoxu tərəddüd etmədən islam dinini qəbul etmişlər.

Həzrəti Məhəmmədin (ə) dövründə islam dininin ilahi mayası qoyulmuşdur. Ancaq o mayanı uyuşmağa qoymayan düşmənlər həm güclü, həm də çox idilər. Belə bir vəziyyətdə Həzrəti Əli (ə) kimi cəsur bir şəxs, natiq, sərkərdə, alim lazim idi. O, bu funksiyaların hər birini kişi kimi, əla səviyyədə yerinə yetirirdi.

Islam dininin bərqərar olduğu bir dövrdən yeniyetmə Həzrəti Əliyə (ə) suallar verilir və o, suallara əsaslı və qənaətləndirici cavablar da verirdi.

Bu gün mən Həzrəti Əlinin (ə) əsərlərini toplayaraq bizə çatdırmış Seyid Şərif Rəziyə Alahdan rəhmət diləyirəm. Əslində, Həzrəti Əlinin (ə) nəslindən olan bu şəxs islam dünyası tarixinə öz adını Həzrəti Əlinin (ə) adından sonra qızıl hərflərlə yazmışdır. Seyid Şərif Rəzinin misilsiz, uzaqgörən alim əməyi bu gün bizim Həzrəti Əlinin (ə) «Nəhcül-bəlağə» əsərini tam məz-munu ilə oxumağa və ona şərh verməyə imkan vermişdir.

Həzrəti Əli (ə) elminin kökü Zəmzəm bulağının gözü kimi Yer kürəsinin dərinliyindən qaynayaraq gələn tükənməz çeşməyə bənzəyir. Həzrəti Əlinin (ə) qoyub getdiyi elmi irsindən 14 əsr ərzində dəyərli alimlər ordusu öyrənsələr də, onlar bu gün də Həzrəti Əlinin (ə) elm dağının ətəyindədirlər. Buna əsas səbəb heç bir tədqiqatçının Həzrəti Əlinin (ə) elmi müddəalarından artıq və ya ona yaxın fikir söyləmək qüdrətinə malik olmamalarındadır.

Həzrəti Əlinin (ə) demiş olduğu fikirlərə nəyisə əlavə etmək və ya onu azaltmaq qüdrəti onu tədqiq etmiş alimlərin təfəkkür dairəsindən kənardadır. Məncə, bu səbəbdən də Həzrəti Əlinin (ə) elmi yaradıcılığı ilə məşğul olan ən görkəmli alimlər belə öz əsərlərinə son nöqtə qoyanda, başa düşmüşlər ki, onlar açarı ancaq Həzrəti Əli (ə) ruhunda olan elmin qranit qayasına baş vurmuşlar.

Həzrəti Əli (ə) elminin ən dərin şərhcisi və təbliğatcıçı ancaq Həzrəti Əlinin (ə) özüdür. Məncə, Həzrəti Əlinin (ə) söz-lərinə izahat vermək, bir növ, sadəlövlükdən başqa bir şey deyildir.

Bir sözlə, bütün oxucular, o cümlədən müəllimlər də, tədqiqatçılar da Həzrət Əlinin (ə) sözlərini dərindən dərk etməli, onun məzmunu oxucuların və ya dinləyicilərin nəzərinə çatdırmalıdırlar.

Özünüz deyin, bəzi tədqiqatçılar Həzrəti Əlinin «Nəhcül-bəlağə» əsərində olan Allahşünaslıq, peyğəmbərşünaslıq, din-şünaslıq, Quranşünaslıq, imamşünaslıq haqqında yeni nələr deyə bilərlər. Bu baxımdan mən deyirəm ki, Həzrəti Əlinin (ə) elmi yaradıcılığından danışarkən onun elm qəlibindən kənara çıxanda səhvə yol vermiş olarlar.

Son olaraq vurğulayım ki Amerika alimi professor Maykl O Hart apardığı kompyuter tədqiqatlarının nəticələrini - «tarix-də ən görkəmli 100 şəxsiyyətin siyahısı» kitabını çap etdirmişdir. Bu «siyahı»da üç dəfə təkrar aparılmış hesablamaların hər üçündə də birinci yeri kompyuter Məhəmməd peyğəm-bərə (ə) vermişdir». (Bax: Qarabağlı Saleh Bəy, «Korifey». Bakı, «Elm», 2007, səh 135).

Tarixdə ən görkəmli 100 şəxsiyyətin siyahısında Həzrəti Məhəmməd peyğəmbərin (ə) birinci yerə ucalması, dünyada ən görkəmli 100 şəxsiyyətdən birinci olması dünyanı heyrətdə qoymuş və onların dahiliyi qarşısında baş əymişlər.

Həzrəti Məhəmməd peyğəmbərin (ə) bu qlobal miqyaslı uğuru islam dünyasının tam xeyrinə olan misilsiz bir dəlildir.

Müasir dövrdə xristian dünyasının gizli də olsa islama qarşı qoyulmuş, lakin bütün bəşəriyyət islam dininin yaradıcısı Məhəmməd peyğəmbərin (ə) qarşısında səcdə qılmalıdır.

Maykl söyləyir ki tarixdə mövcud olmuş ən görkəmli 100 şəxsiyyətə «…görünür, Allah öz ilahi ruhunun bir hissəsini bəxş eyləyib» (yenə orada).

Həzrəti Əli (ə) də Həzrəti Məhəmməd peyğəmbərin (ə) ye-tirməsidir. Bu səbəbdən də Həzrəti Əli (ə) də dünyada Məhəm-məd peyğəmbər (ə) məqamına yaxın bir məqamdan öyrənilməli və təbliğ edilməlidir.

Yuxarıda qeyd etdiyimiz kimi, Həzrəti İmam Əli İbn Əlu Talibin «Nəhcül-bəlağə» kitabı Azərbaycan dilinə tərcümə edildiyi zaman orada olan bir qrup sözlər Azərbaycan oxucusu üçün anlaşılmaz olduğundan həmin əsərin tərcüməsində onların mənasını (tərcüməsini) vermək məsləhətdir. Həmin sözlərin bir qrupunun

S İ Y A H I S I

İrfani, Çağsız, Qəhhar, Cəhe, Məlakit, Müşrik, Həmd, Ərş-kürs, Vəsilə, Cərəkə, Səth, Qəzavi, Hülul, Helmle, Həmd, Qərh, Zəxirə, Ədl, Tövhid, Sünnə, Xass, Ammi, Mürsəl, Mütəşabeh, Nəxsi sünnədə, Qəndil, Kəramət, Ülgü, Məzamir, Tilavət, Fürqan, Sirab, İxlas, Təqva, İqrar, Bid ət, Fitnə, İmanət, Müstəhəbb, Amin, Kəffarə, İstiğfar, Elivat, Tərdid, Höccət, Tilavət, Ravac, Tanlıq, Cəhlin, Riziq, Yəğmal, Suvat, Münafiq, Müəsəllət, Qülüvv, Sünnəsini, Təqva, Məad, Münafiq, Nüffə, Rikab, Nüftə, Münəzzəl, Tilavət, Bəsirət, Vəhy, Vəsilə, Hidayət, Təsbik, Bərzəx, Zikr, Şərarət, Zöhd, Maltoplayanlar, Fasid, Şəhvət, İsrafilin suru, Həvanü, Məhzun, Bidət, Sünnət, Təfriqə, Əta, Vəhsət, Vaiz, Cəhl (inivə), Zəxirə, Zöhd, Nəhy, Təqdirat, Riya, Təzahür, Sünnə, Şərrfin, Rəqasi, Kəffarə, Üzl, Mürahid, Məad, Müstəzəf, Helm, Mürtəkib, Münkib, Münkir, Şirk, Nəfsani, Həlakət, Ribaxor, İrfani, İxlas, Məğfirət, Siqsiqiyyə və s.

Bundan əlavə, növbəti nəşrdə kitabın tərcüməsində bəzi səthi və ya üzdən keçən və həyatilikdən uzaq olan məqamlara da diqqət yetirilməlidir.

Budaq Budaqov

 

 
Gelişmiş arama   Web aranıyor
 
 

 

 
 
Copyright © 2010 Humanıtar Elmə‌ləri Və İslam Məarfı Üzrə Tərcmə Və Nəşərlərin Tənzimat Mərkzi  . All rights reserved.