فارسي|Español|English|العربية
Saytın Xiritəsi|əlaqə|Xəbərlər|Haqqımızda
 
 
Login
kullanıcı adı :   
Şifre :   
 
Captcha:
[Üyelik]
Newsletter Membership
isim :   
elektronik posta :   
Məmməd Akif Ərsoy İslam Birliyinin Şair Öndəri
Məmməd Akif Ərsoy İslam Birliyinin Şair Öndəri

 kaynak :

 yazar : Yazan esmailzadeh    elektronik posta :

 Yazım tarihi : 08/07/2011  

 

Məmməd Akif Ərsoy, 1873-cü ildə İstanbulda doğuldu. Atası Məmməd Tahir Əfəndi, anası Əminə Şərifə Xanımdır. Şair, ilk təhsilinə "Əmr Buxari" məhəllə məktəbində başladı.

 

 

Rüşdiyyəni bitirdikdən sonra, "Mülkü Baytar Məktəbi"nə getdi. Son məktəbi 1893-cü ildə bitirdi. Bu tarixdən sonra Anadolu və Ərəbistanda baytar olaraq gəzdi. 1913′də məmurluqdan ayrıldı. Müxtəlif məktəblərdə müəllimlik etdi. İsmət Xanımla evləndi. Akif, şeir dilinin incəliklərini ondan öyrəndiyini etirafla, arvadı üçün: "İstanbul şivəsi haqqında mənim qamusum" deyərdi.

 

Bəzən bir sevgiliyə bənzətdiyi vətəni, dörd bir tərəfdən zəbtə uğrayınca:

 

"Lakin sən elə deyilsən: Sənin yanar ciyərin:

 

"Vətən!" deyib öləcəksən səmada olsa yerin.

 

Necə dözər azad olan əsarətinə?

 

Kor olsun, ağlamayan, ey vətən, fəlakətinə!"

 

deyərək, İstiqlal Döyüşünə qatıldı. Sakarya Döyüşünün böhranlı anlarında, hər ehtimala qarşı Ankaradan hicrət başladığı zaman, Sakaryanın düşmənə məzar olacağını düşündü və Ankaradan ayrılmadı. Nəcib millətinə "İstiqlal Marşı"nı hədiyyə etdi.

 

1926-cı ildə Misirə getdi. Orada, Misir Universiteti Ədəbiyyat Fakültəsi Türkcə Müdərrisi oldu. Daha sonra siroza tutuldu. İstanbula döndü. 27 dekabr 1936 bazar günü axşamı öldü. Sabahısı günü, Türk gəncliyinin əlləri üzərində Edirnekapıdakı şəhidliyə dəfn edildi.

 

İlk əsəri, Məktəb Məcmuəsinin 26. sayında nəşr edilən "Qurana Xitab" adlı mənzuməsidir (1895). Daha sonra Şəkilli Qəzetdə əxlaqi, dini və fəlsəfi mövzuları işləyən şeirlər yazdısa da, bunların heç birini "SəFAHAT"a salmadı. 1897′den sonra 1908 Hökumətinə qədər, şeir yazdısa da, bunları nəşr etmədi.

 

Akifin Səfahatı, Səfahat, Süleymanıya Kürsüsündə, Haqqın Səsləri, Fateh Kürsüsündə, Xatirələr, Asam və Kölgələr adlarıyla müxtəlif yerlərdə, müxtəlif dəfələr basılmış, yeddi kitabın birləşdirilməsiylə meydana gətirilmiş ilk və tək kitabıdır.

 

Səfahatın lüğəvi mənası: "Mərhələlər, dövrələr" deməkdir. Kitaba adını verən ilk hissədə; şairin, yaşadığı ətrafdakı həyatını görürük. Daha çox mənzum hekayələrin iştirak etdiyi bu hissə, Akifin ev, küçə, məhəllə qarşısındakı müşahidələrinin realist misralarda əksi kimidir. Bu şeirlərdə bəzən Allaha giley etmiş, bəzən Allahdan dinsizlər üçün belə bağışlama diləmişdir. Burada Akif, keçmişi sevməz, Onu dəhşətli bir tikana, gələcəyi də mübarək bir torpağa bənzədər.

 

1908 Hökumətindən sonra, məmləkətin qurtuluşu və millətin salamatlığı üçün düşünən, əli qələm tutan ziyalılar, müxtəlif düşüncələrini mətbuat vasitəsiylə, ətraflarına yaymağa, kütlələrə çatdırmağa çalışdılar.

 

Bu hərəkətin içində, Məmməd Akifi də görürük.

 

O illər, vətən sevgisinin yeni iztirablarla; azadlıq eşqinin də dərin düşüncələrlə yaşandığı illərdir.

 

Dövlətin içdən qundaqlanması, çöldən hücuma uğraması, Rumun əldən gedər olması, Ərəblərin, özlərinə hazırlanan tələlərdən xəbərsiz, Qərblilərin qucağına düşməsi, yıxılışı sürətləndirmişdi.

 

Qərbdən gələn fikirlərin qarşısında iştirak edən və İslami Türk Milliyyətçiliyi fikirinə bağlanan Akif, Quranı əsrin idrakına görə təfsir edərək, İslama sıx sarılma zamanın gəldiyini, Avropadan bizə nə lazımsa onu götürməyin lazım olduğunu irəli sürmüşdür. Baxmayaraq ki, Ziya Gökalp və yoldaşları , Türk Birliyi, Türk Milliyyətçiliyi fikirini özlərinə bayraq əldə etmişdilər, amma o , islamın kamil bir din olub bütün xalqları irqindən, dilindən və rəngindən asılı olmayaraq öz qanadı altına almaq iqtidarında olduğunu təbliğ edirdi.

 

Beləcə, təsirlərini hələ indiki vaxtda da bəzən göstərən, "Müasirləşmə, İslamlaşma, ümmətləşmə" kimi, üçlü bir fikir hərəkəti onun düşüncəsindən doğulmuşdur.

 

Əslində çox sakit bir ruha sahib olan Akif, bütün qüvvətini və ilhamını imanından alaraq, həyatını sənətiylə birləşdirmişdir. yetişmə tərzi etibarilə şərq və qərbi orijinal qaynaqlarından tanımış, ana dili kimi bildiyi Ərəbcə, Farsca və Fransızca sayəsində, dünya ədəbiyyatının məşhurları arasında iştirak edən Hafiz, Sədi, Lamartin, Hugo, Anatol Frans, Renan, Alfonse Daudeti tanımış, sevmişdir.

 

Çox yaxşı bildiyi Quran, uşaqlığında aldığı ailə tərbiyəsi və yaşadığı, gəzib gördüyü ətraflar, Akifin düşüncəsində təsir etmiş, onun İslami bir xarakter nümunəsi olmasına gətirib çıxarmışdır.

 

O, həqiqət sevərdir. Zülmə qarşıdır. Azadlığın köləsidir. Hz. Məhəmmədin: "Haqsızlıqlar qarşısında sussanız dilsiz şeytansınız!" xəbərdarlığından təsirlənmişdir.

 

"Xeyr! Xəyal ilə yoxdur mənim alış-verişim

 

İnan ki hər nə demişsəm görüb və söyləmişim

 

Budur dünyada mənim ən sevdiyim məslək

 

Sözüm odun kimi olsun, həqiqət olsun tək!"

 

misrasıları, Akifin mahiyyətindən başqa nədir? Ya bu misralar, nə qədər əngin və azad bir şəxsiyyətin sahibinin portretini çəkir, deyilmi?

 

Zülmü alqışlaya bilməm, zalımı əsla sevə bilməm

 

Gələnin kefi üçün keçmişə qalxıb söyə bilməm.

 

Üç yarım soysuzun ardından zağarlık edə bilməm

 

Hələ haqq adına haqsızlığa ölsəm tapına bilməm.

 

Midhəd Camal güntay; "Akif, nəzmin mərmər təraşıdır" deyər. Bu hökmündə, yerdən göyə qədər haqlıdır. Lakin Akif, bu vadidə çox təvazökardır. Safahatın ilk şeirində, öz şeir anlayışını beləcə yekunlaşdırdığını görməkdəyik.

 

Mənə sor sevimli qari, sənə mən söyliyeyim,

 

Nə hoviyyətdə bu qarşında duran əşarım;

 

Bir yığın söz ki, səmimiyyəti ancaq hünəri;

 

Nə sənaye bilərəm, çünki, nə sənətkarım.

 

Şeir üçün "göz yaşı" deyərlər; onu bilməm, təkcə,

 

əczimin giryəsidir məncə bütün asarım.

 

Ağlaram, ağlada bilməm; hiss edərəm, söyləyəməm;

 

Dili yox qəlbimin, ondan nə qədər bizarım!

 

Oxu, şayəd sənə bir hisli ürək lazımsa;

 

Oxu, çünki onu yazdım, iki söz yazdımsa.

 

Bu şeri bir az açmaq, nəzmin mərmər təraşının şer anlayışını ortaya qoymaq lazımdır.Ona görə, şeri haqqında, başqaları tərəfindən deyilənlər və ya deyiləcək olanlar, sözdən ibarət qalacaq. Öz ifadəsiylə, onun şeirləri; bir yığın sözdən, sənətsiz söyləməkdən, acizliyinin gözyaşından, hiss edib söyləyə bilmədiklərindən başqa nədir? Çünki o, sənət bilməz, sənətkar deyil. Onun şeri, bir döyüntülü ürəyin iniltiləridir. Nədənsə bu iniltiləri də, dilsiz ürəyi üzündən, hiss etdiyi kimi ifadə edə bilməmişdir. Buna görə də, ürəyindən şikayətçidir.

 

O, "Sənət, sənət üçündür!" deyənlərin əksinə, qələmini, millətinin əmrinə vermişdir. Hər nə qədər əvvəllər, Müəllim Nacinin və Hamidin təsirində qaldısa da, sonraları öz şəxsiyyətini tapmış, millətimizin iztirablarının tərcüməçisi olmuşdur.

 

O, elə bir tərcüməçidir ki, içində yaşadığı çağın tənqidini edərkən, millətinin hisslərini izah edərkən, ətrafında gördüyü pozuqluqlarə, əyriliklərə işarə edərkən, gah çox acı, gah satirik bir dil istifadə edərkən, Müsəlman Türkün əxlaq və fəzilətinin necə olması lazım olduğunu ifadə edərkən, qurtuluşa çarələr göstərərkən, ictimai bir yaraya barmaq basarkən, Türk millətinin, hətta Türk irqinin həyəcanlarını ifadə edərkən, şəhidlərə yaraşar şeir abidələri tikərkən, ələ aldığı mövzu, mövzu ilə, istifadə edəcəyi nəzm şəklini seçmiş, lazım olsa mənzum hekayə tərzini sınamış, könülünün, ağlının, imanının ilhamlarını, millətinin ortaq vicdanının səsini dilə gətirmişdir.

 

O bütün şeirlərində Əruz vəznindən istifadə etmişdir. Hətta bu vəzni; "Türk əruzu" halına gətirmişdir. Burada, milli şern ən başında duran Akifin, nə üçün "heca" vəznindən istifadə etmədiyi də aydındır. O da, bəzi ətraflara özünü qəbul etdirə bilmək və daha əhəmiyyətlisi, bir fikir adamı olaraq; "İslam Birliyi" düşüncəsinə öndərlik etdiyindən , ortaq dəyərlərdə inteqrasiya olunmaq, onları yaşatmaq anlayışına bağlanmasından irəli gəlmişdir.

 
Gelişmiş arama   Web aranıyor
 
 

 

 
 
Copyright © 2010 Humanıtar Elmə‌ləri Və İslam Məarfı Üzrə Tərcmə Və Nəşərlərin Tənzimat Mərkzi  . All rights reserved.