فارسي|Español|English|العربية
Saytın Xiritəsi|əlaqə|Xəbərlər|Haqqımızda
 
 
Login
kullanıcı adı :   
Şifre :   
 
Captcha:
[Üyelik]
Newsletter Membership
isim :   
elektronik posta :   
ÜMUM MİLLİ ŞAİRİMİZ ŞƏHRİYAR
ÜMUM MİLLİ ŞAİRİMİZ ŞƏHRİYAR

 kaynak :

 yazar : Mirzə Rəsul İsmailzadə    elektronik posta :

 Yazım tarihi : 08/07/2011  

Seyyid Məhəmməd Hüsen Şəhriyar nəinki müasır Azərbaycan şerinin böyük şairi kimi, hatta fərs ədəbiyyatında ən mühüm yeri tutur. Hər iki şer və ədəbiyyatda misilsiz yer tutduğuna görə haqlı olaraq İran milli şairi kimi seçilmişdir.Düzdür ki, Şəhriyar İran İslam Respublikasının mədəniyyət xadimləri və dövlət adamları tərəfindən  iranin milli şairi kimi təsdiqlənib böyük təntənə ilə şəhrivər ayının 27-ci  günü Şəhriyarın dünyasını dəyişdiyi günü iran milli şer günü elan adilibdir, amma əslində o buna layiqdir. Şəhriyar isə İranın milli şairi kimi seçildiyi zaman  bir çoxlarının ürəyincə olmayıb narazılığına səbəb olsa da, amma ümum xalq tərəfindən, habelə  elm və sənət xadimləri tərəfindən geniş alqışlandı və bəyənildi .  Ona görə ki iran ədabiyyatını bütövləşdirən fars va azərbaycan şeri və ədəbiyyatının hər iki qoluna sahib olan va hər iki şer və ədəbiyyatda an yüksək zirvələrə yüksələ bilən Şəhriyar bu məqamə seçilməyə hər kəsədən daha çox haqlı idi . axı o böyük iran xalqının dərdini, kədərini oxşayan, qəm –qüssəsinə ürək yandıran va xalqının  dərdini hər iki dildə söyləyib fəryad qoparan iki dilli şairimiz idi . O, məhz iki dildə yazıb yaratdığına görə nəinki bütün iran xalqının sevimlisi idi, hətta ona qarşı olan məhəbbət və sevim va hündür- hündür  ucqar dağlardan, dərin çaylardan -Qəfqazdan Anadoludan, Orta asiyadan belə aşıb gəlirdi.Müasir dövrdə şərqin sənət dili olan fars va azərbaycan dillərində əsər yaratma şansı Şıhriyardan başqa heç kəsə nəsib olmamışdır və iki dillilik olma nəinki iranda bütün şərqdə onun şöhrətini  dillərə salmışdır.

 nə tək iranda mənim qülqülə salmış nəfəsim

 bax ki, Türkiyyədə Qafqazda nə qövqa elədim .

Şəhriyarın həyat və yaradıcılığına nəzər salsaq onun bu məqamə layiq göründüyünün sirri açılacaqdır. Ustadın həyat va yaradıcılığı haqqında olduqca geniş surətdə araşdırmalar aparılmışdır, bu araşdırmalar kifayət qədər olmasa da ən azından müxtəlif görüşlu şəxslər tərəfindən müxtəlif aspektdən başqa- başqa  mövzular və görüşlər ortaya qoyulmuşdur. Bu, Ustadın hələ yaşadığı  dövrdən başlayaraq günümüzə qədər davam etməkdədir və bu proses mövcud olan qaranlıq nöqtələri açmaqdansa bir az da mözunun mürəkkəbləşməsinə va necə deyərlər yumağun daha da pırtlaşmasına sabəb olmuşdur. Məhz bu qarmaqarışıq üzündən hər kəs yanaşdığı aspektdən Şəhriyarı tanıtmağa və taqdim etməyə cəhd göstərmişdir.Amma Şəhriyarıolduğu kimi təqdim etmək lazımdır.

Biz konkret şəkildə Şəhriyarın həyatını və yaradıcılğını araşdıra bilsək və onu olduğu kimi təqdim edə bilsək həm  onun həqqını vermış olarıq, həm də Onun İranın milli şairi ləqəbini almağa nə dərəcədə haqlı və layiq olduğunu görəcəyik .

Bu məqsədə çatmaq üçün sözün və maqaləmizin tutumunu nəzərə alaraq Şəhriyarın həyat va yaradızılığının təsirli və dinamik xüsuiyyətlərini və keçirdiyi mərhələləri qısaca açıqlamaq istəyirik

Şəhriyarın həyatını onun həyat boyu keçirdiyi günləri – uşaqlığı və qocalıq dövrü başlığı altında deyil, onun yaratdığı əsərlərlə aşırdığı mərhələlərlə incələmək istəyirik.Hansı ki, bu mərhələləri keçiməklə hər mərhələ  və aşırmla bağlı əlaqədə ad almışdır .

demək bir sıra mərhələləri ötüb yüksək pillələrə yüksəlməklə və çatdığı məqamda professionallaşmaqla qəzəl şairi , əhlibeyt şairi, inqilab şairi , beynəlmiləl şairi və s... kimi adlar ala bilmişdir

1-müsir fars dilinin qəzəl şairi:

Şəhriyar klassik fars şerinin müasir variantıdır . O, fars dilində qəzəl yazmağa başlayanda bir çoxları onu köhnəçi və təkrarçı adlandıraraq tənqid atəşinə tutub lağa qoydular.

Şəhriyar isə klassik fars ədəbiyyatının ulduzlarından ilham alaraq şerini müasir təsvirlərlə bəzəməyə başlamışdır .O bir dövrdə bu işin ucundan tutmuşdur ki, artıq iran ədəbiyyatında klassik formada və qəzəl qalibində şer söyləməyin bazarı olduqca kasadlaşmışdır, hətta köhnə qaliblərdə şer söyləyənlərə də xor baxaraq onu şerlərin sırasından və müasirlərin cərgəsindən basıb çıxarmaq istəyirdilər. Amma o bu təzyiqlərə rəğmən tutduğu yoldan əl çəkmədi, yolunu davam edərək o dərəcədə professionallaşdı ki, müasir qəzəl şairi ləqəbini ala bildi.

 O neylədi? O, köhnə ilə təzə arasında, klassik ilə müasir ortamında əlaqə və barış yaratdı, uzatdığı işə müasir incilərdən keci saldı, ipliyini klassikadan götürüb bəzəyini müasir naxışlarla gözəlləşdirdi. Nəticədə müasirlərin zövqünü oxudu. Lerika dəftərində gözəl əsərlər yaratdı.

آمدی جانم به قربانت ولی حالا چرا

بی وفا حالا که من افتاده ام ازپا چرا

Can sənə qurban gəlibsən indi niyə

 ey vəfasız indi ki, mən düşmüşəm dildən niyə

 Ustad o dərəcədə uğurlu oldu ki, gənclər belə onun aşiqanə şerlərini oxumağa rəğbət göstərdilər .

2- Şəhriyar heydərbaba şairidir

 Hamımızın bildiyi kimi iranda Pəhləvi_ şah rejiminin harbi çevrilişlə iş başina gəldikdən sonra panariyaizm ideyası altında bir sıra şəxslər iran xalqı üçün qondarma tarix yazmağa başladılar. Arxasında Avropa arkolojistləri və siyasətçi yəhudilər duraraq şah rejimi iranda yaşayan xalqları əzərək və huquqlarını tapdalayaraq butun yerlı qövmləri asımilasya edərək yerlı dillərə o cümlədən azərbaycan dilinə qadağa qoyuldu, ondan sonra azərbaucan dilində yazıb yaradan hər kəs tutuldu həbsə alındı . Azərbaycan dilində heç bir ədəbiyyatın nəşrinə icazə verilmədi. Belə bir sıxıntılı dövranda necə deyərlər heç kəsin cınqırı çıxmayan  bir vəziyyətdə nagəhandan sankı dağlar yerindən oynadı, buludlar çaxnaşdı, ıldırımlar şaxdı və azərbaycan dilində bütün qulaqlara yetən bir nəğmə səsləndi. O heydərbaba nəğməsi idi. Bu nəğmə həm mövcud vəziyyətə bir siyasi protest idi, həm  məhrum kütlələrin özünə yad qalma burulğanlarında çabalayan xalqın milli marşı və həm də ki, könülləri oxşayan şirin nəğmə idi:

 

 Heydərbaba ildırımlar şaxanda.

Sellər, sular şaqqıldayıb aşanda

Qızlar ona səf bağlayıb baxanda

                Səlam olsun şovkətizə elizə

                Mənim də bir adım gəlsin dilizə

 

Bu səsin kükrəməsindən nəinki yerli dağlar hətta Qafqaz dağları da ayağa qalxdı

 

Mən sənin tək dağa saldım nəfəsi

 Sən də qaytar göylərə sal bu səsi

 Bayquşun da dar olmasm qəfəsi

Burda bir şer darda qalıb bağırır

 Mürüvvətsiz insanları çağırır

 

Heydər babayə səlsm şerinin təsiri çox güclü oldu, ona çoxlu nəzirələr və bununla İran ədəbiyyat tarixində və xüsususilə Azərbaycan ədəbiyyatında bir tarixi mərhələ və dönüm nöqtəsi yarandı. Bu dönəmdən etibarən Şəhriyar ana dilinda əsərləri yaratmağa başladı və demak olar ki, onun təsirində Azərbaycan dilində əsərlər  yaranmağa başlandı . Heydərbabaya səlam poeması bir tərəfdən qıfıllanmış dilləri , bağlı ağızları açdı və digər bir tərəfdən Qafqazla qırılmış əlaqələri bərpa etdi, üzülmüş telləri yamadı , uçurulmuş körpüləri quşdu , otay-butay həsrətini şiddəttləndirdi.

Təbiı ki bu kükrəyən selin qarşısını şah rejimi ala bilməzdi, artıq İran xalqı imam Xomeyni (rəh) həzrətlərinin rəhbərliyi ilə inqilab yolunu seçmişdi.

Çox maraqlıdır ki, Heydərbabanın başlanğıcı da İslam İnqilabının başlanması ila eyni vəxta düşdü  və demək olar ki, Şəhriyar bununla inqilaba qoşuldu.

 

3- Şəhriyar inqilab Şairidir

Böyük islam inqılabınnın müasir lideri Ayətullah xamənei Həzrətləri demişdir:” Şəhriyar elə bir şairdir ki, öz zamanının tələbatını dərindən başa düşdü və özünə uyğun yolunu seçdi.”

Doğrudan da Şəhriyar İslam İnqilabının başlandığı gündən xalqının kənarında olub və İslam İnqilabı qələbəliyə çatandan sonra da inqilabın müxtəlif mərhələlərində inqilabla ayaqlaşa bildi. Onun inqilab və inqılab rəhbərləri haqqındakı nəzər və görüşlərini İmam Xomeyni (rəh) Həzrətlirinə, Ayatullah Xamənei, Ayətullah şahıd Mədəni və habelə İslam İnqilabına həsr etdiyi neçə - neçə şerlərindən öyrənmək olar.

8 illik müqəddəs müharıbədə islam ordusunun və könüllü dəstələrini ruhən gücləndirmək üçün həsr etdiyi şerləri unutmaq olmaz. Iran xalqı bütün varlığı ilə ölkəni müdafiə  etdiyi bir dövrdə Şəhriyar da öz milli borcunu verə bildi .

O öz hərarətli şerləri ilə həmişə , ölkəni bəd niyyətlərdən müdafiə edən bəsiclərin (könüllü dəstələrin) və əsgərlərin yanında olmuşdur.

 

4 – Şəhriyar  Beynəlmiləl Şairdir

Şəhriyar təkcə lerikada və ölkə daxili ictimaiyyətinin sərhədlərində öz başənə qınına çəkən şair deyildir, o beynəl- xalq , region və qonşu ölkələrdə baş verən elmi ,mədəni , siyasi_ ictimai və ədəbi hadisələr , cərəyan və proseslərdən qafil olmamışdır. O həmişə onlarla maraqlanmışdır, dünya adəbiyyatının incilərini ouxumuş və onlara öz münasibətini bildirmişdir.

O, qafqaz şairləri ilə dərin və geniş münasibətdə olaraq onlardan da təsir almışdır. Seyyid Əzim Şirvani və  Sabirdən daha çox təsir almışdır . Qafqazın mütəfəkkir və islam dünyasında  moderniləşmə tərəfdarı olan müsəlman şairi- Sabiri dərindən oxuyaraq  ondan çox faidalanmışdır:

 Fars şairi çox sözlərini bizdən aparmış

 Sabir kimi bir süfrəli şair paxıl olmaz.

Bu beytdə Ustadımız, Seyyid Əşrəfuddin Gilanini  (Nəsimi- Şumal) xatırladır .Nəsimi- Şumal təxəllüslü Seyyid Əşrəfuddin Gilani demək olar ki, Sabirin bütün şerlərini fars dilinə tərcümə edərək Sabirin fars satira şerində və məşrutə inqilabında təsir göstərməsinə zəmin yaratmışdır. Ustad şəhryar bunu çox gözəl biçimdə vurğulayır.

Şəhriyar türkiyyədə gedən ədəbi və ictimai proseslərə də biganə qalmır. O Məmməd Akifin əsərlərini oxuyub ondan da təsirlənmişdir. Maraqlıdır ki, “Qafqaz müsəlmanlarına müraciət” şerində o, müsəlmanları Akifin əsərlərini oxumağa dəvət etmişdir.O, İslam şairi Məmməd Akifi belə təbliğ edir:

Akifin şerinə bax, gör nələr etmiş biz küfr,

Hər qədəm bir quyu qazmış nə də salmış dərinə.

Və ya qafqazda gedən əlifba macəralarına biganə qalmayıb deyir:

  ”ayirib şeytan əlifbası (sirilik) sizi Allahdan” deyə öz münasibətini bildirir.

 

Küfr gördüz necə çiy-çiy yedi İslam ciyərin

Siz də kürün ciyərin indi kəbab etməlisiz

Şeytan aldı sizi cəng ilə cavab etdi bizə

Siz də şeytana cahad ilə cavab etməliyiz.

 

Əniştayna salam şerində Əniştaynın atomu kəşf etməsi ilə əlaqədar onu tənqid atəşinə tutaraq  şərqin mənviyyət və insanlıq nümünəsi olan Hafiz və Movləvinin irfanı ilə tanış olmağa çağırır ki, ondan  ölüm, bundan isə olum və həyat törənir.

Bunlar şəhriyarin beynəlmiləl bir şair olmasina açıq- aydın sübutdur.

 

5-həsrat şairi

Bildiyimiz kimi Türkəmənçay müqavilısindən sonra Qafqaz diyarı Ruslar tərəfindən işğal olub İrandan alındı. Bu məğlubiyyətə və ayrılığa qarşı şairlər də sakit qalmadılar, buna münasibət bəsləyən və ilk ayrılıq mərsiyəsi qoşan şəxsiyyət böyük şiə irfanının nümayəndəsi Seyyid Əbulqasim Nəbati olmuşdur. O bu ayrılığı simvolik surətdə “apardı sellər saranı “  poemasında bəyan etmişdir. Onunla birlikdə və ondan sonra otaylə- butaylı alimlər, din xidimləri, müctehidlər və şairlər bu ayrılığa qarşı münasibətlərini bildirdilər. O tarixdən bu proses iki tayda yaranan həsrətdən irəli gələn ədəbiyyata həsrət ədəbiyyatı deyilir, müasir dövrdə həsrət ədəbiyyatını geniş canlandıran şair Şəhriyar olmuşdur:

Şəhriyar:

 İgidlər yurdu qafqazım sənə məndən səlam olsun

 

Və ya

 

Ey səfasın unutmayan Qafaqz

Gəlmişəm kam alam marağından

Qeyrəti coşğun olmayan nə bilir

Ki, nələr çəkmişəm fərağindan

 

Və “qəfqazlı qarındaşlarıma” adlı şerləri ilə böyük bir dalğa yaratdı və Qafqaz şairlırini də harayladı, onlar da səsinə haray verdilər:

Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, Rüstəm Əliyev, Məmməd Rahim kimi nəhəng şairləri hərəkətə gətirə bildi. Şəhriyarın təsiri bir dərəcədə idi ki, o həsrət şairi adını ala bildi.

 

6-Şahriyar Əhli-Beyt(a) Şairidir.

 şahriyarın şerinda görünən başqa xüsusiyyət onun peyqəmbər salavatullaha və Onun ovladına bəslədiyi sevinc və məhəbbətdir.

Onun "Əli ey Humayi Rəhmət" şeri biütiün sinələrd həkk olunmuş v dünya durduqca duran bir şerdir. Əgər desək ki, Şəhriyarı tanıyanların əksəriyyəti onu bu şerlə tanıyır, çox da ifrat etməmişik.

0 şerində Peyqəmbər ovladı olmasına daha fəxr

edir.

Mən Əli oğluyam azadələrin mərdi- müradi

O, qaranlıqlara məşəl!

O, işıqlıqlara hadi

Haqqa, imanə münadi

Başda sınmaz sipərim, əldə kütəlməz qılıcım var.

 

Sözümüzə son olaraq Şəhriyarla yaxindan münasibətdə olan İslam İnqilabının rəhbəri Ayətullah Xamənei hazrətlərinin Şəhriyar haqqında çıxışını burada qeyd etməyi məqsədə uuğun gördük:

«Şəhriyarın şairlik xüsusiyyti bardə iki mətləb demsk olar.

Biri budur ki, Şəhriyar həm fars Və həm də türk dilində yaradan müasir böyük şairlərdən hesab olur. Əlbətdə onun fars dilində dediyi şerlər türkcə şerlərindən həcm etibari ilə çoxdur, bəlkə də ilk və məşhur şerləri fars dilində olmuş olsun. (Amma "Heydər babaya salam" şerini istisna etmək lazımdır. Çünki Heydər babanın başqa bir hekayəsi vardır ki, yeri gəldikdə deyəcəyəm). Demək Heydər babanı istisna etsək şəhriyarın fars dilindəki şerləri ağır gələr. Onun fars dilindəki şerlərinin başlıca xüsusiyyti ondan ibarətdir ki, onun şeri həqiqi və əsil mənada şerdir. Yəni təkcə sözlərin düzumü deyil, bütöv ehsas, xəyal va təsvirdir. Bəzən bu bədii dil en uca zirvəyə qanad açıb qalxır ki, onun farsca qəzəlləri birinci dərəcəli fars qəzəlləri sırasına daxil olur.

İkinci və daha mühüm mətləb budur ki, şəhriyan Iran ədəbiyyat tarixində ən böyük şair hesab etmək olar. Bu isə "Heydər babaya səlam" şerinə görədir. "Heydər babaya səlam" xariqül-adə bir şerdir. Şəhriyarın şerinin bütün müsbət xüsusiyyətləri onda cəm olmuşdur.Yəni axıcılıq, səfa, zövq, şirinlik və cazibədarlıq bütün "Heydər babaya səlam" şerində özünü aydın göstərir.

Bundan əlavə "Heydər babaya səlam" şerində başqa bir xüsusiyyət də var. Yəni şairin həyatının göstəricisi olan bu mənzumə bir bədii təsvir və hikmətli söz xəzinəsi kimi ozünə məxsus yer almışdır. Bu etibarla şəhriyarı bir həkim (filosof-müdrik) də hesab etmək olar. Unutmayaq ki, Heydər babanın şeriyyət və bədiilik xüsusiyyəti daha güclü və olduqca üstündür. Bu şerdə hikmət, dil gözəlliyi və xariqül-adə təsvirlər çox ecazkarlıqcasına və incəliklə yoğrulmuşdur. Bilirsiniz ki, Şəhriyar bu şeri  cavan ikən yazmışdır. Şəhriyar bu şerdən mənə göndərdiyi bir nüsxədə şerin 1324-cü illərdgə yazdığını qeyd edir. 1324-cü ildə Şəhriyar çox cavan idi.

Şəhriyaın özü barədə mühüm bir nüktə vardır ki, biz ona işarə etsək daha yaxşı olar. Şəhriyar ömrünün bir çox hissəsini (yəni son otuz ilini) irfani və mənəvi bir hal-həva ilə keçirmişdir. O Quranla unsüyyət qataraq mənəvi əhval-ruhiyyəsini gücləndirib, batini səfalandırmağa çalışdı. Özü də bu son illərdəki şerlarində bunu aydınca deyir. Eşitdiyimə görə (bəlkə də özündən eşitmişam) öz dəsti-xətti ila bir Quran da yazmışdır.

İnqilab qələbə çaldıqdan sonra saf dini əhval-ruhiyya ilə inqilabı xoş qarşıladı. İnqilabın birinci-ikinci illərində bəlkə də Şahriyar bizim heç birimizin yadında deyildi. Problemlər o qədər çox idi ki, Şahriyar unudulmuşdu. Bir vaxt gördük ki, Şəhriyarın inqilabı mədh etmə səsi Təbrizdən qovzanır. Gördük ki, bu kişi inqilabı yaxından izləyirmiş. O inqilabın bütün həssas vaxtlarında da tasirini qoydu. Bilirsiniz ki, səkkiz illik qəbul etdirilmiş müharibə inqilabın qələbəsindən sonra ağır bir hadisə idi. Şəhriyarın müharibə uçün dediyi şereləri, müharibə üçün qurulan yiğıncaqlarda iştirak etməsi, ümumi səfərbərlik, Sipah və harbi qüvvələr barədə mədh, gözəlləmələri o dərəcədə çoxdur ki, əgər adam özü görməsəydi, eşitməsəydi, çətin inana bilərdi.

Səksən va ya səksəndən çox yaşi olan bir Şairin şer yığıncaqlarında iştirak edib  mərasimə uyğun şer söyləməsi təəccüb doğurur. Onun kimilərdən bu iş  gözlənilməzdi.

Bu isə onun ixlasını, səmimiliyini və böyüklüyünü göstərir. Demək Şəhriyar İslam və İnqilab şairi idi.Şəhriyar inqilaba şer dediyi vaxtlar Şəhriyarla dostluğu olan keçmiş rejimin (şah) tərəfdən olan bir dəstə ədəbiyyatçılar onu pisləyir, danlayır və məzəmmət edirdilər ki, İslam İnqilabına can

yandırmasın və şer söyləməsin. Mənim bundan xəbərim var idi. Şəhriyar isə bir dağ kimi dayanırdı, mən çox təəccüb edirdim. Onu danlayanlardan bəzisini mən özüm tanıyırdım. Bəziləri kçmiş rejimin tərəfdarı və şahın saray adamları idi, bəziləri də Sovet ittifaqından qidalanan "Tudə-kommunist" partiyasında üzv olanlar idi. Bunlar (bu iki dəstə) zahirdə bir-birlərinə zidd olsalar da əsasda və məntiqdə Şəhriyarı təzyiqdə qoymada ortaq məqsəd daşıyırdılar. Şəhriyar isə möhkəm və dayanaqlı idi.

Şəhriyar təvazökar bir şair idi. Şohrət tələb deyildi.».

son

 
Gelişmiş arama   Web aranıyor
 
 

 

 
 
Copyright © 2010 Humanıtar Elmə‌ləri Və İslam Məarfı Üzrə Tərcmə Və Nəşərlərin Tənzimat Mərkzi  . All rights reserved.