فارسي|Español|English|العربية
Saytın Xiritəsi|əlaqə|Xəbərlər|Haqqımızda
 
 
Login
kullanıcı adı :   
Şifre :   
 
Captcha:
[Üyelik]
Newsletter Membership
isim :   
elektronik posta :   
Kərbəla Yanğısı
Kərbəla Yanğısı

 kaynak :

 yazar : arif zahid    elektronik posta :

 Yazım tarihi : 01/03/2011  

İmam Hüseyn (ə.s) Hicrətin dördüncü ilində Şaban ayının üçüncü günü Mədinədə anadan oldu. Atası Həzrət Əli(ə.s) anası isə Həzrət Fatimə (s.ə)-dir. İmam Hüseyn (ə.s) təxminən yeddi il Rəsulullah (s.a.a)ın, otuz il Əməril- Möminin Əlinin, on il də İmam Həsənin həyatları zamanında yaşamışdır.

İmam Hüseyn (a.s)ın imamət dövrü, Müaviyənin hökm sürdüyü dövrə rast gəlmişdi. İmam Həsən (a.s)ın Müaviyə ilə etmiş olduğu sülh əsnasında, İmam Hüseyn (ə.s) də Müaviyəyə qarşı qardaşı ilə eyni mövqedə olmuşdur.

Yəzid, atası tərəfindən Müsəlmanlara xəlifə təyin edildiyi gündən etibarən İslamın əsası ciddi bir şəkildə təhlükəyə məruz qaldı. Müaviyə, Hicrətin59-60-cı ilində oğlu Yəzidi özündən sonra xəlifə olaraq təyin etməyə qərar verdi. Belə bir işin reallaşmasından əmin olmaq üçün özü həyatda ikən, oğulu Yəzidə xalqdan beyət almaq istədi və hər kəsdən əvvəl özü, oğulu Yəzidə beyət etdi.

Tarixdə qeyd olmuşdur ki: İmam Hüseyn Yəzidə beyət etməyən şəxslərdən dörd böyük şəxslərdən biri idi.

Bundan sonra Yəzid Mədinənin hakiminə belə bir məktub yazır: "Xalqı çağıraraq onlardan beyət al. Əvvəlcə Qureyşin böyüklərindən başla; onların ilki də Hüseyn Bin Əli olsun."

Mədinənin hakimi, İmam Hüseyndən beyət almaq istdikdə, İmam Hüseyn (ə.s) cavabında belə buyurmuşdur:

"Biz, peyğəmbərin Əhli Beytiyik. Yəzid isə fasiq, şərab içən və adam öldürən bir şəxsdir. Mənim kimi biri onun kimi bir kimsəyə beyət etməz.

İmam (ə.s) başqa bir yerdə belə buyurur: "Artıq İslamın fatihəsi oxundu , bunlar İslamın sonuna çıxmaq istəyirlər; çünki ümmət Yəzid kimi bir xəlifəyə düçar olmuşdur .

Məsudi yazır: Yəzid, ayyaşın birisi idi; it, meymun və ovçu quşları bəsləməklə məşğul olurdu; içki içirdi... Onun zamanında, Məkkə və Mədinədə bayağı musiqilər yayılmış,fasiq adamlar çəkinmıdın açıqca içki içir və sərxoş vəziyyətdə küçə-bacada dolaşırdılar .

Onun xalqa qarşı davranışları haqqında yazır: Firon, Yəziddən daha xoşrəftar, daha insaflı idi.

İmam Hüseyn (ə.s), Mədinənin mühitini qarışıq gördükdə, o şəhərdə qalmağı caiz bilməyib hicrətin 60-ci ili Rəcəb ayının sonuna iki gün qalan bazar günü ailəsi və dostlarıyla birlikdə Məkkəyə doğru hərəkət etdi.

İmam Hüseyn (ə.s), hərəkətinin hədəfini belə açıqlamışdır: "...Mən şər qoparmaq, qarmaqarışıqlıq salmaq və dünyəvi məqsədlər üçün Mədinədən ayrılmadım. Mən ceddimin ümmətini islah etmək, yaxşılığı əmr etmək, pislikdən çəkindirmək, ceddim Rəsulullah (s. a. a) və atam Əli bin Əbi Talibin yolunu tutub getmək üçün o şəhərdən ayrıldım. ..

Kufə camaatı, Müaviyənin ölümünü və İmam Hüseyn (a.s)ın Yəzidə beyət etməkdən imtina etdiyini öyrəndikdə bir çox məktublar yazıb imzalayaraq İmam Hüseyni Kufəyə dəvət etdilər.

Onlar məktublarında İmama (a.s) belə yazmışdılar: "Biz sənin yolunu gözləyirik, kimsəyə beyət etməmişik, sənin yolunda can verməyə hazırıq, sənin üçün onların Cümə və camaat namazlarına qatılmırıq."

İmam Hüseyn (ə.s), Kufə xalqının istəklərinə müsbət cavab verərək, Ramazan ayının yarısında, Muslim bin Əqili Kufəyə göndərdi. Muslimi Kufəyə göndərərkən ona belə buyurdu: "Kufəyə get, əgər onların yazdıqları doğru olsa, sənə qovuşmamız üçün bizə xəbər göndər. "

Muslim, Şəvval ayının beşinci günü Kufəyə çatdı. Onun Kufəyə gəlmə xəbəri, şəhərdə yayıldıqda Kufə camaatının böyük əksəriyyəti onun vasitəsiylə İmam Hüseyn (a.s)a beyət etdi. O bu vəziyyəti İmam Hüseynə bildirərək İmamın Kufəyə gəlməsini istədi.

Kufədə baş verən hadisələrin xəbəri Yəzidə çatdıqda, Yəzid ilk etapda Kufənin hakimi olan Nöman Bin Bəşiri əzl edib Ubeydullah Bin Ziyadı onun yerinə hakim təyin etdib və Muslim Bin Əqilin öldürülməsini əmr etdi. Digər tərəfdən də, İmam Hüseyni (a.s), Məkkədə qəfildən öldürmək üçün öz adamlarına lazimi tapşırıqlar verdi.

İmam Hüseyn (ə.s) bu sui-qəsddən xəbərdar olaraq, Allah(c.c.)ın evi Kəbənin qudsiyyət və hörmətini qorumaq üçün, həcc əməllərini tələsik formada bitirib, hicrətin 60-ci ilin Zilhəccə ayının səkkizinci günü Məkkədən ayrılaraq İraqa doğru hərəkət etdi.

Ubeydullah, Muslim Bin Əqili və ona sığınacaq verən Hanı Bin Urvəni Kufədə tutub faciəli bir şəkildə şəhid etdi.

Ubeydullah, İmam Hüseyn (a.s)ın Kufəyə gəldiyini öyrəndikdə, İmamın qafiləsini nəzarət altına almaq üçün, Hürr Bin Yəzidi Riyahinin əmrində bir ordunu "Qadisiyyə" bölgəsinə göndərdi. Hürr Bin Yəzidi Riyahi, "Şəraf" deyilən bir bölgədə İmam Hüseyn (a.s)la qarşılaşdı, aralarında bəzi danışmalar və müzakirələr oldu. İmam (ə.s), iki xurcun (heybə) dolusu olan Kufəlilərin məktublarını Hürr Bin Yəzidi Riyahiyə göstərdi və onların özlərinin Onu Kufəyə dəvət etdiklərini söylədi. Onlar belə qərara gəldilər ki, Həzrət İmam Hüseyn (Ə.S) yolunu Kufədən salmasın və gecə qaranlığında başqa bir istiqamətdə yolunu davam etdirsin.Sonra Həzrət İmam Hüseyn (Ə.S) öz yoluna davam etdi...

Hürr Bin Yəzidi Riyahi İmamın qafiləsinin qərə bə qərəsi ilə hərəkətini davam edib İmamı izləyirdi ki, nəhayət Hicrətin 61-ci ili Məhərrəm ayının ikinci günü "Neynəva" bölgəsinə çatdılar. Bu bölgədə olduqları vaxt İbni Ziyadın elçisi, Hürr Bin Yəzidi- Riyahiyə bir məktub gətirdi. Məktubun məzmunu belə idi: "Bu məktubum sənə çatan kimi Hüseyni nəzarət altına al və onu sığınacağı olmayan və susuz bir səhra,çölə tərəf yönəlt."

Hürr Bin Yəzidi Riyahi, İbni Ziyadın əmri ilə İmam Hüseyn (a.s)ın karvanını "Kərbəla" deyilən bölgədə dayandırdı. Sabahısı gün Ubeydullah Bin Ziyadın elçisi olan Ömər Bin Sad da dörd min döyüşçüylə Kərbəlaya gəldi.

Bunu xatırlatmaq lazımdır ki, Hürr Bin Yəzidi Riyahi, Aşura günü İmam Hüseynin şahid olmazdan əvvəl öz etdiyindən peşman olub tövbə etdi və İmam (a.s)ın ordusuna qoşulub İmamı yolunda şahidliyə çatdı.

Ömər Bin Səd, Aşura gününə üç(iki) gün qalan, İmam Hüseyn (a.s)ın karvanının suya çatmaması üçün beş yüz süvarini Firat çayını qorumaları üçün məmur etdi və su yollarını İmamın qafiləsinə bağladı.

Məhərrəm ayının doqquzuncu günü (Tasua günü), İmam Hüseyn (ə.s) və səhabələri, kamil bir şəkildə düşmən tərəfindən mühasirəyə alındılar; belə ki düşmən, İmam (a.s)ın köməyinə heç kimin gəlməyəcəyinə əmin olmuşdu.

Tasua axşamı, düşmən tərəfindən döyüşün başlanması üçün hücum əmri verildi. İmam Hüseyn (ə.s), düşmənin hərəkətini görüncə qardaşı Əbbas Bin Əliyə belə buyurdu:

"Qardaşım, -canım sənə fəda olsun- atına minib onlara doğru get və onlara; Sizin məqsədiniz nədir, nə etmək istəyirsiniz?_ deyə soruş."

İmam Hüseyn (a.s)ın qardaşı Hz. Əbbas, onlarla görüşüb danışdı.Məqsədlərinin savaş olduğunu bildikdə onlarla xeylək danışdı, Nəhayət onlar döyüşü sabaha təxirə salmağı qəbul etdilər.

Nəhayət "Aşura" günü nabərabər savaş başlandı... Ömər Bin Səd, çox saylı döyüşçüylə hücumu başlatdı. Otuz iki atlı və qırx piyadadan ibarət olan İmam Hüseyn (a.s)ın ordusu, onların hücumları qarşısında qorxmadan, qəhrəmancasına müqavimət göstərib, həm şəhid verdilər və həm də onlardan öldürdülər. İmam (a.s)ın köməklərindən kim şəhid olurdusa yeri boş qalırdı, amma düşmənin ordusundan bir adam öldüyündə yerini dərhal başqa biri doldururdu.

İmam Hüseyn (a.s)ın səhabələrinin hamısı şəhid oldu, növbə İmam (a.s)ın öz ailəsinə gəldi. Çünki İmamın səhabələri,- biz yaşadığımız halda sizin ailənizin döyüş meydanına getməsini qəbul edə bilmərik, deyə İmamın ailəsinin meydana getməsinə mane olmuşdular. Onlardan döyüş meydanına ilk ayaq basan İmamın əziz oğulu Əli Əkbər oldu. Ondan sonra, İmam Əli (a. s)nin, İmam Həsən (a. s)ın, Cəfəri Tayyarın övladları döyüş meydanına getdilər, misilsiz fədakarlıq və ilahi bir imanla qəhrəmancasına döyüşdükdən sonra onlar da şahidlik şərbətini içdilər. Nəhayət Hz. Əbbas Bin Əli (ə.s) də təkcanına döyüşərək düşmənin hər tərəfli hücumu nəticəsində, canını İmam Hüseyn (a.s)ın yolunda fəda etdi.Bu an Peyğımbərin soyundan gələn və Hz. Zəhranın balalarına ən dəhşətli və faciəli an başlandı.

"Aşura" gününün ən həssas zamanı, Peyğəmbərin ciyər paresi və Zəhranın əziz oğulunun köməkçisiz qaldığı zaman idi. Düşmən ordusu, İmamı tək gördüyü üçün hər tərəfdən ona hücum edirdi...

"Aşura" günü orada olan Haccac Bin Abdullah belə deyir: Allaha and olsun ki, oğlu, qardaşı, qardaş oğulları, qohumları və yaranları şəhid edilməsinə baxmayaraq Onun (İmam Hüseyn) kimi müqavimətli, təmkinli, şücaətli və igid birini mən görmədim. Allaha and olsun ki, ondan əvvəl və ondan sonra onun kimi birini görmədim. İmam Hüseyn (ə.s) düşmən ordusuna hücum etdiyi zaman, düşmən döyüşçüləri aslan qorxusundan təzib dağılan keçilər kimi, İmamın sağ və solundan eləcə qaçırdılar... Allaha and olsun ki, Fatimənin qızı Zeynəb, İmama tərəf yaxınlaşdı... Bu əsnada Ömər Bin Səd da İmama yaxınlaşmışdı, Zeynəb, İbni Səda xitab olaraq dedi: "Ey İbni Səd, Əbi Əbdullah (İmamın ləqəbi) öldürülür sən isə necə baxıb bunu seyr edirsənmi?!"

Davamında belə deyir: Ömər Bin Sədin gözyaşlarının yüzünə və saqqalına axdığını və Zeynəbdən üz çevirdiyini sanki görər kimiyəm ...

Nəhayət İmam Hüseyn (ə.s) də o zülmkarların əliylə faciəli bir şəkildə şəhid edildi

 

 
Gelişmiş arama   Web aranıyor
 
 

 

 
 
Copyright © 2010 Humanıtar Elmə‌ləri Və İslam Məarfı Üzrə Tərcmə Və Nəşərlərin Tənzimat Mərkzi  . All rights reserved.