فارسي|Español|English|العربية
Saytın Xiritəsi|əlaqə|Xəbərlər|Haqqımızda
 
 
Login
kullanıcı adı :   
Şifre :   
 
Captcha:
[Üyelik]
Newsletter Membership
isim :   
elektronik posta :   
İslam Mədəniyyəti və elmi fəaliyyət
İslam Mədəniyyəti və elmi fəaliyyət

 kaynak :

 yazar : arif zahid    elektronik posta :

 Yazım tarihi : 01/03/2011  

İslam mədəniyyətinin irəliləməsində təsirli olan elmi təşkilatlardan biri də Dar-ul Elm olarak bilinən ümumi kitabxanalar idi. Hicri qəməri 4-cw əsrin başlarında ortaya çıxmağa başlayan Dar-ul elmlər, İslamda vəqf ənənəsinə görə qurulan ilk ümumi kitabxanalar idi.

Fatımilerin Dar-ul elmi, bu elm mərkəzlərdən biri idi. Bu təşkilat hicri qəməri 395-ci ilində Qahirədə quruldu. Təşkilatda riyaziyyat və təbii elmler dərs verilir və böyük bir kitabxanaya malik idi . Musil Darul- elmi, yenə bir başqa məşhur kitabxana idi. Bu kitabxanada da bütün elmi sahələrlə əlaqədar kitablar bir araya gətirildi. Trablus, Bəğdad, Beytül- Müqəddəs kimi Darul -elmlər də o dövrün İslam dünyasının ən əhəmiyyətli mədəniyyət mərkəzləri idi və hər birində şoxlu dəri kitab saxlanırdı. Bunun xaricində Darul- elmlərdə bir çox araşdırmalar və təliflər başlandı. İslam mədəniyyətinin irəliləməsində böyük təsiri olan bir başqa elmi və mədəni təşkilat, Nizamiyələrdi. Hicri qəməri 5-ci əsrin ortalarında İranlı vəzir Nizamul -Mülk, Bəğdad, Nişabur və digər bəzi böyük şəhərlərdə Nizamıyyə adında mədrəsələr təsis edərək günümüzde universitetlərə bənzər təşkilatların təməlini qoydu. Nizamul- Mülk bu bununla İslam mədəniyyətində yüksək təhsil sistemi yarada bildi.O dövrün ən məşhur Nizamiyyəsi olan Bəğdad Nizamiyyəsində Əbu İshaq Şirazi dərs verirdi. Şirazidən sonra bu mədrəsədə ən başda gələn şəxsiyyət, Qəzali idi. Bundan sonra İslam dünyasında mədrəsələr yayılmağa başladı. Bəğdad Nizamiyyəsinin kitabxanası İslam dünyasının ilk akademik kitabxanası idi və qaynaq zənginliyi baxımından böyük əhəmmiyyətə malik olmuşdu. Nizamul -Mülk şəxsən bu kitabxananı tikdirdi və işlərinə də şəxsən nəzarət edirdi. Bəğdad kitabxanasının tarixi ilə əlaqədar məlumatların bir hissəsi hələ günümüzə qədəraydınlaşmamışdır. Nizamul- Mülk təlimatı üzərinə Səlcuqluların hakimiyyəti altında olan torpaqlarda inşa edilən mədrəsələr və elm mərkəzləri, Nizamul -Mülkün adından alınaraq Nizamıyyə  adlandırılmışdı. Bəğdad Nizamiyyəsi müəllimlərin və tələbələrin iqaməti üçün böyük sahələrə, ayrıca məscid və kitabxanaya malik idi. Digər tərəfdən Nizamiyyələrdə təşkil edilən dini mərasimlər  və münazirələr üzündən bu mərkəzlər İslam dünyasında alimlərin və faqihlərin maraq göstərdikləri mərkəzlərdən olmuşdur. Nizamul -Mülk  məzhəbi marağı üzündən Bəğdadı- xilafət mərkəzini dini inanc və görüşlərin mübadilə mərkəzi halına gətirməyə qərar vermişdi. Buna görə Bəğdad Nizamiyyəsini o dövrün ən böyük İslami təbliğat və məzhəbi bazası halına gətirdi. Əslində Nizamul -Mülk beləcə Fatimi xəlifələrin mərkəzi olan Qahirənin Əl-Əzher cəmiyyəti tərəfindən irəli sürülən İsmailiyyə təbliğatı ilə mübarizə etmək istəyirdi. Buna görə Bəğdad o dövrün ən böyük İslami mərkəzlərindən biri olaraq gündəmə gəldi, belə ki, Xorasan və İraq torpaqlarında olan digər mədrəsələr Bəğdad Nizamiyyəsi ilə rəqabət edə bilmədi.Bəğdad Nizamiyyəsi ilk qurulduğu tarixlərdə yalnız Şafii fiqhi, hədis və Qurani Kərim dərsləri ilə məhdud idi, ancaq zamanla fiqh və üsul, hədis, Qurani elmlər və təfsir, kəlam, riyaziyyat, tibb və ədəbiyyat da dərs verilməyə başlandı. Nizamul- Mülk vəsiyyətləri adlı əsərin yazıçıs(n)ı, Bəğdad Nizamiyyəsində dərs verməklə məşğul olan 85 müəllimdən və alimdən danışır. Bu alimlərə Əbu Əbdullah Təbəri, Əbu Həmid Muhəmməd Qəzali, Əbu Məhəmməd Xarəzmi kimi alimləri nümunə kimi göstərmək olar.

 Digər tərəfdən Nizamul- Mülkün və yenə Səlcuqlu padşahların Nişabur şəhərinə xüsusi marağı bu şəhərin də elmi baxımdan böyük tərəqqi etməsinə səbəb oldu. Ömər Xəyyam, İmam Müvəffəq Nişaburi, İmam Əl Hərəmeyn Cuveyni, Əttar Nişaburi kimi böyük insanlar Nişabur şəhərində yetişdi. Nişaburun yüksək elmi mövqeiyyəti etibarı ilə bu şəhərdə də bir Nizamiyyə tikildi. Nişabur Nizamiyyəsi də o dövrün məşhur alim və faqihlərindən müəllim kimi faydalanması, həm də keyfiyyət baxımından Bəğdad Nizamiyyəsinden sonar ikinci yeri tuturdu . Nizamul- Mülk daha sonra İsfəhan Nizamiyyəsini də qurdu. İsfəhan Nizamiyyəsi bu şəhərin əhəmiyyətli bir elmi və dini şəhər kimi məşhur olmasına səbəb oldu. İsfəhan Nizamiyyəsi Əbubəkr Məhəmməd Bin Sabit Xucəndi və Fəxrəddin Əbulmaali Vərəqani kimi böyük alimləri özündə cəm etdi. Bəlx Nizamiyyəsi də Söhrəvərdi kimi məşhur alimləri və Rəşid Vətvat kimi məşhur tələbələri yetişdirdi. Bəsrə Nizamiyyəsi yenə bu mədrəsələrdən bir başqası idi. Bəsrə Nizamiyyəsi Bəğdad Nizamiyyəsindən daha geniş və daha böyük bir sahədə tikilmişdi. Səlahəddin Əyyübi də hicri qəməri 585-ci ildə Beytulmuqəddəsdə bir mədrəsə tikdi. Eyni dövrdə Afriqanın şumalında Muvəhhidin xanədanı da bir silsilə mədrəsələr tikdirdi. İslam torpaqlarının şərq bğlgələrində mədrəsə tikmə ənənəs davam etdi. Məsələn Səmərqənd mədrəsəsi başda olmaqla  orta Asiya bölgəsində bir çox mədrəsədən söz aça bilərik.

Şiələrin təhsil təşkilatı olan məşhur mədrəsələr Səfəvilər tərəfindən Ərdəbil, İsfəhan və Şiraz şəhərlərində tikildi. Bu mədrəsələri şiə alimləri idarə edirdi. Ərdəbilin Darul-İrşad  mərkəzini, İsfəhanın Çaharbağ mədrəsəsi və İranlı məşhur filosof Molla Sadranın dərs verdiyi Şirazın Xan mədrəsəsini nümunə göstərə bilərik. Orta əsrlərdən günümüzə qədər keçən müddətdə yüksək təhsil təşkilatları çox parlaq bir dövrü geridə buraxdı. Qahirənin Əl-Ezhər mədrəsəsi  də indilərdə mininci ilini qeyd edir. Şiə Müsəlmanların bir başqa elmi mərkəzi, hicri qəməri 5-ci əsrdə Nəcəfdə tikilən və hələ də fəaliyyətini davam etdirən dini elmlər mərkəzidir. Nəcəf şəhərində iştirak edən bu mərkəz İslam dünyasının ən böyük dini universitetlərindən biri sayılır. İslam mədəniyyətinin hakim olduğu torpaqlarda dab u elmi ənənə davam etmişdir. Keçən əsrlər boyunca tərtib edilən böyük mədəni miras isə İslam mədəniyyətinin bu kimi parlaq dövrlərində elmi və mədəni təşkilat və quruluşların böyük dəyərə sahib olduğunu göstərir. Bu təşkilatlar İslami cəmiyyətin təməl əsaslarından sayılardı. Məscid, mədrəsə, universitet, Beytul Hikme, Darul-İrşad və kitabxana kimi dini və ictimai təşkilatlar ümumiyyətlə  sabitlik, sübat, barış və dinclik içində yaşayan cəmiyyətlərdə təsbitləşib inkişaf edər. Necə ki, İslam dünyasında uyğun şərayitin meydana gəlməsi ilə böyük mədrəsələr və kitabxanalar meydana gəldi, inkişaf etdi və öz çağının böyük mədəni mərkəzləri oldu. Əslində mədrəsələr kimi elm və mədəni mərkəzlərin qurulmasından məqsəd, hər kəsin elmi bir şəkildə İslam dinini mənimsəməsi və gerçək bir Müsəlman olmasını təmin etmək idi. İslam mədəniyyəti sahəsində məscidlər, Müsəlmanların ilk dini ictimai mərkəzləri sayılar. İslam Peyğəmbəri (s. ə. ə) insanlara qurtuluş mesajını çatdırmaq və onları doğru yola hidayət etmək üçün ümumi çağırışını Mədinədə tikdiyi ilk məscid ilə yaymağa başladı.Medinədə tikilən ilk məscid təhsil, təbliğat, mühakimə, siyasi, əsgəri və mədəni işlərin hamısı bir yerdə həyata keçirildiyi bir mərkəz idi. Allah Rəsulundan (s. ə. ə) sonra Hz. Əli (ə.s) də təhsil nizamında Rəsulullah (s.ə.ə)ın izlədiyi yolu izləməyə davam etdi. Buna görə o Həzrətin dövründə də elmi işlər və təhsil fəaliyyətləri məscidlərdə davam etdirildi.

İmam Əli (ə.s) müxtəlif məqamlarda İslami maarifi gündəmə gətirir və elmi mübahisələri və müzakirələri aparırdı. O Həzrət şəhid olandan sonar yolu və sirəsi, Əhli- Beyt(ə.s) tərəfindən davam etdirildi və yavaş yavaş Bəğdad və İslam dünyasının digər yerlərində mədrəsələr, Beytul Hikmələr və kitabxanalar inşa edildi. İmam Sadiq (ə.s) məktəbində də müxtəlif elmlər üzərində araşdırma və mübahisələr edilirdi və o Həzrət hər tələbəsi üçün xüsusi bir mövzu ayırmışdı. Məsələn imam Sadiq (ə.s) fiqhdə mütəxəssis olan  İbni Toğləbə məsciddə oturub fətva verməsini əmr etmişdi. Kəlam mütəxəssisi olan Hişam Bin Hikəmə məsciddə əqaid və imamet mövzusu ilə əlaqədar mübahisələr aparmağı əmr etmişdi . İmamın bir başqa tələbəsi olan və kimya kimi müxtəlif elmlərdə mütəxəssisləşən Cabir Bin Həyyan, məsciddə bu elmləri dərs verirdi. İmam Sadiq (ə.s) də humanitar  elmlərə böyük maraq göstərirdi. İmam Cəfər Sadiq (ə.s) Cəfəri məzhəbinin qurucusu idi. O həzrət Mədinədə ikən minlərlə tələbə ondan  ulmi faydalanaraq müxtəlif İslami elmləri öyrəndilər. İslam maarifi və fiqh sahəsidə dörd min şagirdi tərbiyə etdı. İmam Sadiqin (ə.s) dərsləri ümumiyyətlə məsciddə təşkil edilirdi. Məscidlər Müsəlmanların toplandığı ilk ictimai sahə idi. Məscidlərdən sonra medrəslərin quruluşu da məscidlərə bənzər bir görünüşə malik idi. Ancaq hətta mədrəsələr inkişaf etdikdən sonra belə məscidlər təhsil ocağı olduğunu qorumağa davam etdi. Məsələn Sistan bölgəsində hicrətin ilk yüz ilində uzun müddət dini mövzuların dərs verildiyi bir məscid tikilmişdi. Buxara diyarında da məscidlərdən ehkam və dini elmlərin öyrədilməsində faydalanılırdı. Xorasan bölgəsinin ən əhəmiyyətli siyasi və elmi mərkəzlərindən olan Nişaburda məscid kimi məkanlar təhsil üçün istifadə edilərdi. O dövrdə İslami şəhərlərdə içində kitabxana olan məscidlər tikildi. Əhəmiyyətli və mötəbər kitabxanaları olan Məscidi- əqsa, Şamın Əməvi məscidi, Tunisin Məscid-ul Kəbir cami məscidi, Qahirənin əl-Əzher məscidi, İslam mədəniyyətinin ən məşhur məscidlərindən sayılar. Bu arada bir çox müqəddəs məkanlarda da böyük kitabxanalar fəaliyyətgöstərirdi. Məscidil- Həram, Məscidi Nəbəvi, imam Əli (ə.s) türbəsi, imam Musa Bin Cəfər (ə.s) türbəsi, imam Riza(ə.s) türbəsi böyük kitabxanaları olan müqəddəs məkanlardan bəziləridir. Bundan əlavə Qunyada Mövlana türbəsi, Tebrizdə Qazan Xan məzarı,  Şüşada Şeyx Əhməd Şuşainin türbəsində məşhur kitabxanalar tikildi. Yenə içində böyük kitabxanalar olan bir çox karvansaralar və xanqah da İslam dünyasının müxtəlif bölgələrində eyni xarakter daşıyırdı. İslam mədəniyyətinin bir başqa ictimai mərkəzi xəstəxanalar idi. Xəstəxanalar xəstələri müalicə etmənin yanında, araşdırma və dərs mərkəzləri də sayılardı. Söz mövzusu xəstəxanalarda tiblə əlaqədar xüsusi kitabxanalar da vardı. Bu xəstəxanalara Misirin xəstəxanası, Qahirənin Əl Kəbir xəstəxanası, Bəğdadın Muqtədiri xəstəxanası və İranın Rey xəstəxanasını nümunə verə bilirik.Yenə İslam mədəniyyətinin bir başqa elm mərkəzi mədrəsələr idi. Mədrəsələr təlim və tərbiyə mərkəzləri olaraq İslam dünyasında kitabxanaların yayılmasına böyük təsir etdi. Necə ki İslam ölkələrində içində kitabxana olmayan bir mədrəsəyə rast gəlmək az qala qeyri-mümkündür . Yarı hakimiyyət orqanları, yarı xüsusi şəkldə idarə olunan bu cür kitabxanalar  və mədrəsələrdə dərs vermək, araşdırma aparma, təlif və tərcümə etmək kimi işlərin görülməsinə iman yaradılmışdı.

Tərcümə hərəkətının başlanması ilə birlikdə İslami elmləri sahəsində tərcümə və təlif  edilmiş əsərlərin istinsaxınada xeyli diqqət göstərilirdi, belə ki qısa bir müddətdə İslam maarifi sahəsində bir çox əsərlər ortaya çıxdı və yayımlandı. Tərcümə hərəkatının inkişafı, fəth edilən torpaqlarda ələ keçərilən kitabların İslam diyarına gətirilməsi, onların tərcüməsinə təşəbbüs göstərilməsi bu torpaqlarda kitab sayının artmasına səbəb oldu və bu da İslam dünyasında irili- xırdalı kitabxanaların ortaya çıxmasına  böyük tələbat yaratdı.

 

 
Gelişmiş arama   Web aranıyor
 
 

 

 
 
Copyright © 2010 Humanıtar Elmə‌ləri Və İslam Məarfı Üzrə Tərcmə Və Nəşərlərin Tənzimat Mərkzi  . All rights reserved.